Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi
islahatların yeni idarəetmə çərçivəsinin
yaradılması və “Azərbaycan Respublikasının Maliyyə
Sabitliyi Şurasının
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli
Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycanda son iyirmi ildə aparılan genişmiqyaslı
sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi,
insan kapitalının
inkişafı hazırda
əldə edilmiş
sosial rifah göstəricilərinin başlıca
hərəkətverici qüvvələri
olmuşdur. Bu dövrdə
ölkəmiz zəruri
infrastruktur və institusional inkişaf göstəriciləri üzrə
beynəlxalq reytinqlərdə
xeyli irəliləmiş,
milli iqtisadiyyatın rəqabət qabiliyyəti
xeyli yüksəlmişdir.
Ümumi
Daxili Məhsulun həcmi 3 dəfədən
çox artmış,
vətəndaşların həyat
səviyyəsi nəzərəçarpacaq
dərəcədə yaxşılaşmışdır.
Lakin son illərdə
dünya iqtisadiyyatında
potensial iqtisadi artım templərinin aşağı düşməsi,
əmtəə bazarlarında
qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin
artması, xüsusilə
ilin əvvəllərindən
başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə
sosial-iqtisadi fəallığın
məhdudlaşması Azərbaycan
iqtisadiyyatı qarşısında
da yeni strateji
siyasət çağırışları
yaratmışdır. Əldə edilmiş
sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz
qlobal mühitdə dayanıqlı saxlanılması
və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq
rəqabət qabiliyyəti
gücləndirilməli, iqtisadiyyatın
neft gəlirlərindən
asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi
və maliyyə sabitliyi qorunmalıdır.
Növbəti onillikdə ölkəmizdə
sosial-iqtisadi rifahın
yüksəldilməsi üçün
iqtisadiyyatın ikiqat artımının təmin
edilməsi qarşıda
duran başlıca strateji çağırışlardan
biridir. Xüsusilə postpandemiya dövründə
iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün
onun yeni mexanizmlərinin formalaşdırılması
və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin
yaradılmasına, xüsusilə
özəl investisiyaların,
o cümlədən birbaşa
xarici investisiyaların
cəlbinə, qeyri-neft
ixracının genişləndirilməsinə
əsaslanan milli inkişaf prioritetlərinin
müəyyən edilməsi,
qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə
insan kapitalının
keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə
uyğunlaşdırılması, mülkiyyət hüquqlarının
daha effektiv qorunması və "biznesə dost” digər strateji vəzifələrin
icrası təmin olunmalıdır.
Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara
adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq
məqsədilə ölkədə
iqtisadi siyasətin yeni strateji idarəetmə
çərçivəsinin yaradılması tələb
olunur.
İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi
postpandemiya dövründə
ölkənin sosial-iqtisadi
inkişafının sürətləndirilməsini
və milli iqtisadiyyatın müasirləşdirilməsini
hədəfləyən strategiyanın
formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar
proqramının hazırlanmasını
və uğurla həyata keçirilməsini
təmin etməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, postpandemiya dövründə
ölkənin milli inkişaf prioritetlərini
özündə əks
etdirən sosial-iqtisadi
inkişaf strategiyasının
formalaşdırılmasını, onun reallaşdırılmasını
təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması,
habelə səmərəli
tənzimləmə və
hüquq tətbiqetmə
praktikasına nail olunması
məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının İqtisadi
Şurası (bundan sonra - Şura) yaradılsın.
2. Şuranın aşağıdakı tərkibi
təsdiq edilsin:
Şuranın sədri
Azərbaycan Respublikasının
Baş Naziri
Şuranın üzvləri
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- İqtisadi məsələlər
və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- İqtisadi siyasət
və sənaye məsələləri şöbəsinin
müdiri
Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin
köməkçisi
Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin
köməkçisi
Azərbaycan Respublikasının
İqtisadiyyat naziri
Azərbaycan Respublikasının
Maliyyə naziri
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Azərbaycan Respublikası
Mərkəzi Bankının
sədri
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun İcraçı direktoru.
3. Şuranın fəaliyyətinin təşkili
məqsədilə Şuranın
Katibliyi yaradılsın
və Katibliyin funksiyasının həyata
keçirilməsi Azərbaycan
Respublikasının Mərkəzi
Bankına tövsiyə
edilsin.
4. Müəyyən
edilsin ki, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində
nəzərdə tutulmuş
tədbirlərin həyata
keçirilməsi məqsədilə
Şura yerli və xarici ekspertləri, mütəxəssisləri,
beynəlxalq təşkilatları
və elmi müəssisələri cəlb
edə, aidiyyəti dövlət orqanlarının
və maraqlı tərəflərin nümayəndələrindən
ibarət ayrı-ayrı
istiqamətlər üzrə
işçi qruplar yarada bilər.
5. Şuraya tapşırılsın ki:
5.1. ölkədə
makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın
sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda,
o cümlədən fiskal
və monetar sektorlarda, həmçinin
maliyyə-bank sektorunda
baş verən proseslər öyrənilməklə
cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına,
habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının
alınmasına yönəlmiş
qabaqlayıcı tədbirlərin
görülməsi məqsədilə
həyata keçiriləcək
islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən
edilməsinə dair təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
5.2. fəaliyyəti
barədə altı ayda bir dəfə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
6. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
7. "Azərbaycan
Respublikasının Maliyyə
Sabitliyi Şurasının
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 7, maddə
1266; 2018, ¹ 5, maddə 959, ¹ 12 (I kitab), maddə 2593) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 sentyabr
2020-ci il
Azərbaycan.- 2020.-10 sentyabr.-
S.2.