Paytaxt sakinlərinin növbəti arzusu
reallığa çevrildi
Mərdəkan-Zuğulba yolu üzərindəki
piyada keçidinin
dizaynı italiyalı mütəxəssis tərəfindən
hazırlanıb
Son 16 ildə
Azərbaycanda nəhəng
infrastruktur layihələri
həyata keçirilib. Onların bir
çoxu beynəlxalq
və regional əhəmiyyətli
layihələrdir. Bu gün Şərqlə Qərbi birləşdirən
nəhəng layihələrin
təşəbbüskarı da Azərbaycandır.
Həmin
istiqamətdə görülən
işlərin sayəsində
indi Çindən Avropaya və əks istiqamətə ölkəmiz üzərindən
yüklər daşınır.
Bununla yanaşı, ölkə daxilində də infrastruktur layihələrinin
icrasına xüsusi önəm verilir. Ötən
16 il ərzində
çoxsaylı yol-nəqliyyat
infrastrukturu, enerji və qaz verilişi
xətlərinin çəkilməsi
layihələri icra edilib. Bu gün
Azərbaycanda yol infrastrukturu yüksək səviyyədə qurulub.
Elə bu səbəbdən də ölkəmiz avtomobil yollarının inkişaf səviyyəsinə
görə dünyada
34-cü yerdədir.
Hazırda kəndarası yolların
tikintisinə başlanılıb. Bu gün Azərbaycanın ucqar dağ kəndlərinə belə,
rahat asfalt yollar çəkilir.
Həmin
yollar kənd camaatının gediş-gəlişini
asanlaşdırmaqla bərabər,
istehsal olunan kənd təsərrüfatı
məhsullarının bazarlara
itkisiz daşınmasını
da təmin edir. Bu məsələdə
daha bir xoş soraq odur ki, qarşıdakı
bir neçə ildə bütün kəndarası yolların
asfaltlaşdırılmasının başa çatdırılacağı
gözlənilir.
Prezident İlham Əliyev ölkəmizin paytaxtı
Bakı şəhərində
də yol infrastrukturunun yüksək
səviyyədə inkişafına
xüsusi diqqət yetirir. Dövlət başçısının sentyabrın 9-da Mərdəkan-Zuğulba
avtomobil yolunda yerüstü piyada keçidinin açılışında
iştirakı bunu bir daha təsdiq
edir. Keçid Prezident İlham
Əliyevin imzaladığı
sərəncama əsasən,
Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.
Dövlət başçısına məlumat
verilib ki, ümumi uzunluğu pandustlarla birlikdə 180 metr olan keçid
üç dayaq üzərində torşəkilli
metal konstruksiyalardan quraşdırılıb. Onun orta hissəsinin uzunluğu 52, eni 4,5 metrdir. İtaliyalı dizaynerin təxəyyülünün
məhsulu olan bu keçidin konstruksiyaları yerli mütəxəssislər tərəfindən
hazırlanıb.
Yerüstü piyada keçidi tikilərkən ətrafdakı
yaşayış massivi,
məktəbin mövcudluğu,
insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçidin istifadəyə
verilməsi bu yoldan istifadə edən insanların təhlükəsizliyinin təmin
edilməsində mühüm
rol oynayacaq.
Xatırladaq ki, ötən 16 il
ərzində ölkənin
paytaxtında 113 piyada
keçidi istifadəyə
verilib. Onlardan 41-i yerüstü, 72-si isə yeraltı piyada keçididir. Bununla yanaşı, ölkə əhəmiyyətli magistral
yollarda da 64 yeraltı və yerüstü piyada keçidi inşa edilib. Həmçinin Qəbələ, Quba, Zaqatala rayonlarının hər birində piyada keçidləri tikilərək
əhalinin ixtiyarına
verilib. Hazırda ölkə üzrə
avtomobil yollarında 9
ərazidə yeni piyada keçidlərinin inşası həyata keçirilir.
R.KAMAL
Azərbaycan.- 2020.- 11 sentyabr.- S.5.