Beynəlxalq Uşaq Fondları
Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova
Hörmətli Albert Anatolyeviç.
Əlamətdar tarix – anadan olmağınızın 85 illiyi
münasibətilə səmimi
təbriklərimi və
ən xoş arzularımı qəbul edin.
Siz yaşadığınız illərə,
böyüməkdə olan
nəslə yorulmadan qayğı göstərməyə
həsr edilmiş parlaq həyat yolunuza görə haqlı olaraq fəxr edə bilərsiniz. Artıq otuz ildən çoxdur ki, Rusiya Uşaq Fondu Sizin rəhbərliyinizlə
ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə,
uşaq hüquqlarının
müdafiəsinə, çətin
vəziyyətə düşmüş
uşaqların dəstəklənməsinə
yönəlmiş mühüm
iş aparır. Uşaqların müdafiəsi üzrə
çoxillik səmərəli
ictimai fəaliyyətiniz
Sizə təkcə Rusiyada deyil, bütün dünyada xeyirxah qəlbli bir insan kimi
ümumi hörmət
və ehtiram qazandırıb.
Azərbaycan xalqının
görkəmli oğlu
Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız,
Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş
işə Sizin qayğıkeş münasibətinizi
Azərbaycanda yüksək
qiymətləndirirlər.
Hörmətli Albert Anatolyeviç,
yubileyiniz münasibətilə
Sizi bir daha təbrik edirəm, Sizə möhkəm cansağlığı,
tükənməz enerji,
firavanlıq və fəaliyyətinizdə yeni-yeni
uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 11 sentyabr 2020-ci il.
Azərbaycan.- 2020.- 12 sentyabr.-
S.2.