Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin
iclası keçirilir
Sentyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 9 məsələ daxil edilib.
AZƏRTAC xəbər verir ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənəcək.
Bundan başqa, iclasın gündəliyinə 7 digər məsələlərin birinci oxunuşda müzakirəsi daxil edilib. Komitənin toplantısında "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda, Şəhərsalma və Tikinti, Əmək, Mülki Prosessual, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədlər müzakirə ediləcək.
İclasda "Sahibkarlıq
fəaliyyəti haqqında”, "Dövlət qulluğu
haqqında”, "İşsizlikdən sığorta
haqqında”, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”,
"Uşaq hüquqları haqqında”,
"Yerli (bələdiyyə) vergilər
və ödənişlər haqqında” və
"Nağdsız hesablaşmalar
haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil)
haqqında”, "Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər
təhsil haqqında”, "Peşə təhsili haqqında”,
"Əlilliyi olan şəxslərin
hüquqları haqqında” və "Ümumi
təhsil haqqında” qanunlarda dəyişikliklər
edilməsi barədə qanun layihələrinə
baxılacaq.
Azərbaycan.-
2020.-12 sentyabr.- S.3.