Azərbaycandan keçməklə Çindən Avropa istiqamətində yeni
yük qatarı marşrutu
istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Çinin şərqindəki Cıcian vilayətinin Cinhua şəhərindən bu marşrut üzrə yola çıxan ilk yük qatarının 15-18 gün sonra Bakıya çatması planlaşdırılıb. Sənaye avadanlığı və məişət əşyaları da daxil olmaqla müxtəlif növ mallar yüklənmiş yüz konteynerdən ibarət qatar Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanına çatdıqdan sonra oradan bərə ilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yola salınacaq.
Cıcian vilayətindəki beynəlxalq nəqliyyat şirkətinin baş direktoru Çian Yon bildirib ki, bu marşrutla yüklərin daşınmasına ənənəvi quru yolu-dəniz nəqliyyatı ilə müqayisədə daha az vaxta reallaşacaq. İlkin mərhələdə marşrut üzrə ayda 1-2 qatarın yola salınması nəzərdə tutulsa da, gələcəkdə qatarların sayı artırılacaq. O, yeni marşrutun rəhbərlik etdiyi şirkətin işlərini xeyli asanlaşdırcağını bildirib.
Qeyd edək
ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləndən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin Çindən
Avropaya və əks istiqamətdə
daşınması həyata keçirilir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu
Çinin meqalayihəsi olan
"Bir kəmər, bir
yol” təşəbbüsünün
icrasına da əhəmiyyətli töhfələr
verir.
Azərbaycan.- 2020.-12 sentyabr.- S.3.