ADA UniversitetiBaku Dialogues” jurnalının yeni nəşrini və yeni veb-saytını təqdim edib

 

ADA Universiteti "Baku Dialogues” ("Bakı Dialoqları”) jurnalının yeni nömrəsini və veb-saytını təqdim edib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verib. Jurnalın "İpək Yolubölgəsinin geosiyasi əhəmiyyətinə qlobal arenadakı roluna fokuslanan bu nömrəsində yerli xarici tanınmış mütəxəssislərin məqalə müsahibəsi yer alıb. Oxucular bu nəşrdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin amerikalı analitik Zbiqnev Bjezinski barədə yazdığı fikirlərlə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı xüsusi müsahibəsi ilə tanış ola biləcəklər.

Jurnalda Corctaun Universitetinin professoru Brenda Şafferin, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin Baş siyasi analitiki Amanda Paulun Beynəlxalq Təhlükəsizlik Strateji Mərkəzinin ("TsinghuaUniversiteti) Çin Forumunun Baş mütəxəssisi Yu Hongjunun məqalələri daxil olmaqla ümumilikdə 11 məqalə yer alıb.

"Baku Dialogues”un yeni təqdim edilən saytının interaktiv strukturu vasitəsilə isə istifadəçilər jurnalın yeni əvvəlki saylarından, elanlarından növbəti tədbirlərindən xəbərdar olacaqlar. Veb-sayt həm istifadəçilərə ödənişsiz abunəlik Arxiv bölməsində toplanan nəşrləri yükləmə imkanı verir.

"ADA Universiteti "Baku Dilogues”un həm yeni nəşrini, həm yeni veb-saytını təqdim etməklə daha geniş alim oxucu kütləsi cəlb edəcək. Veb-saytın daim yenilənəcək kontentində jurnalda nəşr edilən tanınmış siyasətçilər, şərhçilər, tədqiqatçılar, alim analitiklər tərəfindən yazılan məqalələr oxuculara təqdim ediləcək”, - deyə jurnalın baş redaktoru ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

Qeyd edək ki, veb-sayta masaüstü kompüterlər, noutbuklar, mobil cihazlar, planşetlər daxil olmaqla bir çox elektron cihazdan daxil olmaq mümkündür.

İstifadəçilər keçid vasitəsilə sayta daxil ola "Baku Dialogues”un yeni nömrəsini yükləyə bilərlər.

"Baku Dialogues” ADA Universitetinin ingilis dilində nəşr edilən rüblük jurnalıdır. Bu ilin sentyabr ayından etibarən Jurnal "İpək Yolu bölgəsi üzərində siyasi perspektivlərbaşlığı ilə dərc edilir.

Jurnalın fiziki elektron nüsxələri bir çox kanal platformalar vasitəsilə ödənişsiz əsaslarla geniş oxucu kütləsinə çatdırılır.

 

Azərbaycan.- 2020.-12 sentyabr.- S.6.