Azərbaycanda normal həyata dönüş sürətlənib

 

Müsbət dinamikanı saxlamaq və yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır

 

Yeni tip koronavirus (COVID-19) doqquz aydır bəşəriyyətin əsas problemi olaraq qalmaqdadır. Dünya əhalisi bu virusla mübarizəyə qalxsa da, təəssüf ki, hələ də gözəgörünməz "taclı” bəlaya uduzur. Koronavirus artan statistika ilə insanlara yoluxmağa canlar almağa davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq Yer kürəsində COVID-19-a yoluxanların ümumi sayı 28 milyona, həyatını itirənlərin sayı isə 900 minə çatıb. Peyvənd tapılmayana qədər koronavirus hər kəs üçün təhlükəli mərəz olaraq qalmaqdadır.

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır. ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə deyib ki, bu peyvəndlərdən 35-i insanların üzərində sınaqdan keçirilir: "Dünya tarixində heç bir xəstəliklə əlaqədar bu qədər sürətli araşdırma olmamışdı”.

Azərbaycan da COVID-19-a qarşı vaksinin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə fəal aparır. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında çıxışı zamanı respublikamızın bu sahədə peyvəndi əldə edən birinci ölkələr sırasında yer alacağına ümidvar olduğunu bildirib: "Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq”.

Azərbaycan hökuməti ilk gündən qlobal böhranla hərtərəfli mübarizə aparır. Ölkəmiz pandemiyanın yayılmağa başladığı zamanlardan təhlükəli bəlaya qarşı qətiyyətli tədbirlərə başladı. Dövlət infeksiyanın yayıldığı ilkin mərhələdə vəziyyəti ciddi nəzarət altında saxlayaraq əhalinin sağlamlığının, təhlükəsizliyinin sosial rifahının təmin edilməsi sahəsində bütün tədbirləri çevik şəkildə həyata keçirdi. Virusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu, lazımi işlər vaxtında operativ şəkildə həyata keçirildi. Ölkənin səhiyyə infrastrukturu qısa zamanda koronavirusla mübarizəyə istiqamətləndirildi ki, bu da pandemiyanın mümkün fəsadlarını minimuma endirdi. Bakı şəhəri regionlarda müasir texniki təchizatı olan modul tipli xəstəxanaların quraşdırılması, yeni tibb müəssisələrinin, laboratoriyaların açılması, ölkənin səhiyyə sisteminin əlavə 4100 çarpayılıq ehtiyat yeri ilə təmin olunması, sərt karantin dövründə işsizlərə, əhalinin aztəminatlı təbəqəsinə, həmçinin pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəyən zərərin azaldılması məqsədilə sosial maliyyə dəstəyinin göstərilməsi bu istiqamətdə görülən digər işlər dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının ən bariz nümunəsidir. Qısa vaxtda 45 müasir laboratoriyanın açılması, 990 mindən çox test keçirilməsi ölkəmizdə insan sağlamlığı həyatının qorunmasına göstərilən qayğının ifadəsidir. Həkimlərə xüsusi diqqət göstərilməsi, səhiyyə sistemində çalışanların daim dövlət qayğısı ilə əhatə olunması, Türkiyə, Rusiya, Çin, İtaliya Kubadan həkimlərin ölkəmizə dəvət edilməsi bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb oldu.

Vaxtında qəbul edilən düzgün qərarların yüksək keyfiyyətlə icrası ölkəmizdə virusu nəzarətolunan səviyyəyə endirdi. Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus infeksiyasının yayılması məhdudlaşdırıldı, yoluxma hallarının sayında azalmaya nail olundu. Pandemiya ilə mübarizə istiqamətində görülən əsaslı işlər sayəsində son aylar infeksiyaya yoluxma sayında müsbət tendensiyanın davam etməsi yumşalmalara sürətli keçidə rəvac verdi. Bakı, Sumqayıt şəhərləri Abşeron rayonu istisna olmaqla digər şəhər rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edildi. Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər rayonlarda, eləcə ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırıldı yumşalmalar təmin edildi. Sentyabrın 8-dən isə restoranların daxildə xidmət göstərmələrinə icazə verildi. Rayonlara gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan götürüldü. Lakin avtobus qatar ilə şəhərlərarası sərnişin daşımaya tətbiq edilən qadağa hələ qüvvədədir. Yəni vətəndaşlar yalnız şəxsi avtomobilləri ilə bölgələrə gedib-gələ bilərlər.

Təhsil nazirinin əmrinə əsasən, sentyabrın 15-dən Bakı, Sumqayıt şəhərləri Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə tədris planlarına müvafiq təşkil olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 oktyabr tarixdən Bakı, Sumqayıt şəhərləri Abşeron rayonu üzrə, 15 sentyabrdan isə digər rayon şəhərlərdə fəaliyyət göstərən dövlət özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Hazırda polis əməkdaşları tərəfindən paytaxtla yanaşı, Sumqayıt Abşeronda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri görülür. Mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə qapalı məkanlar, restoranlar, marketlər apteklərdə reydlər keçirilir. İctimai iaşə obyektlərində aparılan müşahidələr zamanı aşkar edilən qayda pozuntuları polislər tərəfindən qeydiyyata alınıb. Həmin obyekt sahibləri barəsində inzibati protokollar tərtib edilib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar. Reydlər zamanı polislər tərəfindən sahibkarlar, eləcə alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Azərbaycan COVID-19-la mübarizədə çox uğurlu fəaliyyət göstərir, qəbul edilmiş qərarlar vaxtında yüksək keyfiyyətlə icra edilir. Aylardır dövlət tərəfindən aparılan mübarizə, vətəndaşlarımızın qoyulan qaydalara məsuliyyətlə riayət etməsi sayəsində ölkəmizdə normal həyata dönüş sürətlənib. Hazırda əsas məsələ əldə olunan müsbət dinamikanı, uğuru qorumaqdır. Statistikada əldə olunan müsbət dinamikanı saxlamaq yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır. Yumşalmalara gedilməsi, məhdudiyyətlərin aradan qaldırılması pandemiyanın başa çatması anlamına gəlməməli insanlarda arxayınlıq yaratmamalıdır. Xüsusilə payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Ona görə qədər ki peyvənd tapılmayıb hər kəs ikiqat məsuliyyətli olmalıdır. İnsanlar COVID-19-la birgə mühitdə yaşamağı öyrənməlidir. Müvafiq gigiyenik qaydalara riayət edilməsi artıq vərdiş halını almalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın dünya tibb təcrübəsinə əsasən müəyyənləşdirdiyi qaydaların icrası pandemiyadan az itki ilə çıxmağın ən optimal yoludur. İnsanlarımız yenə sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini çevrələrini qoruya bilərlər.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 13 sentyabr.- S.1; 4.