“Xəzər dalğaları” adlı I Bakı Beynəlxalq
Suluboya Festivalı
Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, İWS Globe - Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Könüllülər ili” çərçivəsində "Xəzər dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalına start verilib.
Festival sulu boya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, tarixi abidələrini, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.
"Xəzər
dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya
Festivalı çərçivəsində ustad
dərsləri davam etdirilir.
Azərbaycan.- 2020.- 13 sentyabr.- S.5.