Prezident qəsəbə sakinlərinin arzusunu
gerçəkləşdirdi
Bakının Suraxanı
rayonunun Əmircan qəsəbəsində Murtuza
Muxtarov adına
park istifadəyə verilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev parkın açılışında iştirak
edib.
Dövlətimizin başçısı məşhur
neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə
gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə parkda görülən işlər
və yaradılan şərait barədə
məlumat verildi.
Bildirildi ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş "7 Qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.
Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.
Azərbaycan.- 2020.- 15 sentyabr.- S.1-2.