Avropanın analitik portalı Prezidentin köməkçisi Hikmət
Hacıyevin Ermənistanın qeyri-qanuni məskunlaşma
siyasəti barədə şərhini dərc edib
Avropa İttifaqının nüfuzlu "Bridge” analitik-informasiya portalı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma siyasəti barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhini dərc edib.
İngilis dilində dərc edilmiş şərhdə son günlər bu torpaqlara Livandan olan etnik ermənilərin köçürülməsindən xəbər verilir. Qeyd olunur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.
Vurğulanır ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.
H.Hacıyevin şərhində
deyilir ki, işğal olunmuş ərazilərimizdə
məskunlaşdırılmış əhali faktiki
olaraq Ermənistanın məsuliyyətsiz,
avantürist siyasətinin qurbanına çevrilir. "Hamı bilməlidir ki, Azərbaycanın işğal
olunmuş ərazilərində həyata
keçirilən qeyri-qanuni məskunlaşdırma
siyasətinin heç bir
hüquqi qüvvəsi yoxdur
və Azərbaycan onun nəticələrini
tamamilə rədd edir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə
köçürülmüş
insanları silahlı muzdlular kimi də istifadə edir”,
- deyə Azərbaycan Prezidentinin köməkçisinin
şərhində bildirilir.
Azərbaycan.-
2020.-15 sentyabr.- S.4.