BMT Baş Assambleyası koronavirus xəstəliyi ilə bağlı qətnamə
qəbul edib
BMT Baş Assambleyası “Koronavirus xəstəliyinin pandemiyasına qarşı hərtərəfli və əlaqələndirilmiş reaksiya tədbirləri barədə” qətnaməni qəbul edib.
AZƏRTAC xəbər verir ki, sənəddə
COVID-19 epidemiyasına qarşı qlobal
reaksiyanın əsas siyasi və sosial-iqtisadi ölçüləri öz əksini tapıb. Burada koronavirusa
qarşı mübarizə məqsədilə ilkin
tibbi-sanitariya yardımı, səhiyyə
xidmətlərinin ümumi əhatə
olunması və əhalinin peyvənd olunması, eləcə
də bütün dövlətlərin
davamlı inkişaf naminə
iqtisadiyyatın bərpası üzrə səylərinin əlaqələndirilməsinin
vacibliyi vurğulanır. Üzv
ölkələr BMT sisteminin milli hökumətlərin qəbul etdiyi tədbirlərə yardım etmək üçün gördüyü
işləri bəyəndilər və BMT-nin
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) ümumi sistem
səylərində əsas liderlik rolunu etiraf etdilər.
Azərbaycan.- 2020.- 15 sentyabr.- S. 7.