Birinci vitse-prezident Mehriban
Əliyeva: "Ümid edirəm ki, Azərbaycanın layiqli
vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz
"
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:
“Əziz məktəblilər və tələbələr!
⠀Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik
edirəm. Ümid edirəm ki, yüksək nəticə əldə etmək
və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın
layiqli vətəndaşı olmaq üçün əlinizdən
gələni əsirgəməyəcəksiniz. Hər
birinizə möhkəm cansağlığı,
gümrahlıq, zehin
açıqlığı, əzmkarlıq və öyrənmək
həvəsi arzulayıram. Bilik Gününüz mübarək!”
Azərbaycan.-
2020.-16 sentyabr.- S. 1.