Təhsil milli strategiyanın, ümumi inkişafın vacib sahəsidir

 

Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması Bilik Günü münasibətilə müraciətində bu bir daha vurğulandı

 

Respublikada son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində dinamik inkişafa nail olunub, əhalinin maddi rifahı xeyli yaxşılaşıb, yoxsulluğun səviyyəsi minimuma endirilib, bir sözlə, Azərbaycan orta gəlirli ölkələr sırasında yer tutub. Keçirilən islahatlar genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması davamlı inkişafı üçün şərait yaradıb. Milli təhsil sistemində olan kəmiyyət keyfiyyət dəyişiklikləri insanların həyatında müstəsna əhəmiyyət kəsb edib.

Müasir dövrün qlobal çağırışları isə onun əhəmiyyətini daha da artıraraq, bu sahədə həlli vacib olan məsələləri dövlətin cəmiyyətin bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşmasının, fərdin yaşam tərzinin daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır.

Azərbaycan Prezidenti İlham Əliyev yeni dərs ilinin başlanması Bilik Günü münasibətilə müraciətində qeyd etdi ki, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir əsaslı təmir edilir. Müəllim peşəsinə maraq bərpa olunub artır, bu da özünü rəqəmlərdə göstərir: "Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik bu, eyni zamanda gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq”.

Müasirləşdirmə ilk növbədə qabaqcıl texnologiyaların idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Çünki insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdəndir. Ölkənin təhsil sistemi isə burada başlıca vəzifə daşıyır.

Son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır. Onun normativ hüquqi bazası təkmilləşdirilir, maddi-texniki təminatı istiqamətində dövlət başçısının müvafiq sərəncamlarına əsaslanan geniş tədbirlər həyata keçirilir. Bu məqsədlə respublikanın müxtəlif şəhər rayonlarında 3700-dək məktəb binası tikilməklə yanaşı, mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri aparılır. Bundan başqa, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənməkdədir.

Aparılan siyasətə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri ilbəil artırılır. Bununla yanaşı, Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir.

2020-2021-ci tədris ilinin ənənəvilikdən uzaq formatda təşkili bu sahədə müəyyən səbəblərə məqsədlərə əsaslanır. Bunun da ən vacibi şagirdləri, təhsil işçilərini, ümumilikdə, vətəndaşlarımızı pandemiyadan qorumaqdır. COVID-19 pandemiyasının fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə təhsil ocaqlarının tikintisi davam etdirilib, həmçinin heç bir sosial layihə ixtisar olunmayıb. 2020-ci ildə 147 məktəbin tikintisi nəzərdə tutulub ki, onlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Heydər Əliyev Fondunun fəaliyyəti dövründə sosial sahədə həyata keçirdiyi tədbirlər, o cümlədən məktəblərin, uşaq bağçalarının tikintisi sahəsində gördüyü işlər, fondun "Yeniləşən Azərbaycana yeni məktəbproqramı bu sahədə bir çox müsbət nəticələrin əldə edilməsinə imkan yaradıb.

Son 2-3 ildə modul tipli məktəblərin tikintisi ilə bağlı fikirlərini geniş ictimaiyyətə açıqlayarkən dövlət başçısı bu məsələnin aktuallığını diqqət mərkəzində saxlayıb. Bu il modul tipli daha 60 məktəbin tikintisi həyata keçirilir.

Prezident İlham Əliyev xalqın intellektual potensialının yüksəlməsi, gənclərin savadlı, bilikli, vətənpərvər milli ruhda böyüməsinin cəmiyyətin dövlətin inkişafında müstəsna əhəmiyyətini görür, müstəqil dövlətimizi daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılmasını başlıca vəzifələrdən biri hesab edir. Məhz bu istiqamətdə ardıcıl, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirilir.

Bəzi faktlar rəqəmlərə nəzər salmaqla fikrimizi əsaslandıra bilərik. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildən ötən dövr ərzində Azərbaycanda təhsil ocaqlarının tikintisi ya əsaslı bərpa olunması geniş ictimaiyyət tərəfindən daim dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq təşəkkür məktublarında, eləcə bilik səviyyəsinə görə məzunların ali məktəblərə yüksək ballarla qəbul faktlarında da özünü göstərməkdədir. Məhz həmin nəticələrin əldə edilməsi son 17 ildə Azərbaycanda 3700-ə qədər məktəbin tikilib ya əsaslı şəkildə təmir edilməsinin bəhrəsidir.

2004-cü ildə bəyan edilmiş "qara qızıl”ı insan kapitalına çevirmək strategiyasında elmin təhsilin oynadığı başlıca rol daim diqqət mərkəzində saxlanıb. Əsas istiqamət Azərbaycanda həm təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, həm onun keyfiyyətinin artırılmasıdır. Bu vacib sahəyə dövlət qayğısının nəticəsidir ki, məktəblilər beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplanılıb, müəllimlərin əməkhaqları artırılıb, diaqnostik qiymətləndirmədən keçənlər yüksək maaşla təmin olunublar. Bir sözlə, respublikada büdcədən təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir.

Dövlət başçısı bu gün qloballaşma adı altında böyük siyasətin təzahürlərinin görünməsinə diqqət çəkərək bildirdi ki, gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər: "Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər ümumi inkişafımıza öz töhfələrini verəcəklər”.

Təhsilin tələbə-gənclərin qloballaşmanın mənfi təsirlərindən qorunmasında da rolu mühümdür. Bu məsələdə təhsil-məktəb ailə amili geniş ictimaiyyətin nəzərindən kənarda qala bilməz. Ona görə son illər gənclərimizin bir sıra vacib, əhəmiyyətli layihələrdə iştirakı, dövlət idarəetmə orqanlarında yüksək vəzifələrə irəli çəkilmələri təhsilin verdiyi mənfəətlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu amilləri nəzərə alaraq, ilk növbədə gənclərə inam etibar göstərilməsini vacib hesab etməklə yanaşı, uşaqların, yeniyetmələrin xalqımıza, milli adət-ənənələrimizə zidd dəyərlərdən qorunmasını, gənclərdə vətənpərvərlik, milli ruh aşılanmasının vacibliyini bildirir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 16 sentyabr.- S.1; 6.