Avropa Xəbər Agentliyi Hikmət
Hacıyevin Ermənistanın qanunsuz məskunlaşdırma
siyasəti barədə açıqlamasını dərc edib
Avropa Xəbər Agentliyinin İtaliya
üzrə xüsusi müxbiri,
“Eurasiaticanews” portalının rəhbəri
Karlo Marino
sözügedən agentlikdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan tərəfindən
Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni məskunlaşma siyasəti ilə
bağlı AZƏRTAC-a açıqlamasını dərc edib (https://www.european-news-agency.de/politik/statement_by_hikmat_hajiyev_azeri_foreign_affairs_-79186/).
Yazıda Azərbaycanın işğal olunmuş ərazilərinə son günlər Livandan olan ermənilərin köçürülməsindən bəhs edilib. Qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.
Bildirilir ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.
Xüsusilə
vurğulanır ki, işğal
olunmuş ərazilərimizdə məskunlaşdırılmış
əhali faktiki olaraq
Ermənistanın məsuliyyətsiz, avantürist
siyasətinin qurbanına çevrilir.
Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində
həyata keçirilən qeyri-qanuni məskunlaşdırma
siyasətinin heç bir
hüquqi qüvvəsi yoxdur
və Azərbaycan onun nəticələrini
tamamilə rədd edir.
Azərbaycan.-
2020.-16 sentyabr.- S.2.