Bakı şəhərinin azad edilməsinin
102 illiyi ilə əlaqədar Şəhidlər
xiyabanı və Türk Şəhidliyi
ziyarət olunub
Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər keçirilir.
Sentyabrın 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə nazirliyin bir qrup hərbi qulluqçusu və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Abidələr qarşısına Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə
dövlətlərimizin əlaqələrinin qədim tarixə,
mehriban dostluq
münasibətlərinə əsaslandığı və
Türkiyənin Azərbaycanın vacib tərəfdaşı
olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın
qardaşlıq münasibətləri üzərində qurulduğu və bu əlaqələrin
daim inkişaf etdiyi vurğulanıb.
Azərbaycan.-
2020.-16 sentyabr.- S.5.