Bu ilin birinciləri

 

Ölkədə pandemiya sınaqlı təhsil ili start götürdü

 

köynəkləri, məktəbli formaları, çantaları, dəftərləri, qələmləri, rəngli karandaşları lap çoxdan hazırdı, yayın ortasından...

Hər gün formalarını geyinir, çantalarını da çiyinlərinə atıb güzgünün qarşısında birdən-birə necə məktəbliyə çevrildiklərini heyrətqarışıq heyranlıqla süzürdülər...

Ana, məktəbə zaman gedəcəyəm?

Baba, məktəbə getməyimə neçə gün qalıb?

Qaçıb nənələrin yanına, ətəklərindən yapışıb elə hey məktəbdən danışırdılar...

Ayaq səslərini eşidib qapıya yüyürür, işdən gələn atalarına məktəblə bağlı suallar yağdırırdılar...

bu ilin birinciləri adi sualları ilə özləri bilmədən böyüklərin qəlbində həyəcan fırtınaları qoparır, cavabsız sualların məngənəsində sıxırdılar...

Onlarsa deyə bilmirdilər ki, dünya hələ indiyə qədər görünməmiş bir bəla ilə üz-üzədir bu təhlükəli şəraitdə məktəblərin açılıb-açılmayacağı, şagirdlərin məktəbə gedib-getməyəcəyi bəlli deyil...

 

Bilik Gününüz mübarək!

 

Bəli, aylardır 2020-2021-ci tədris ilinin necə başlayacağı dünya gündəmindəki ən vacib müzakirə mövzusu idi. Bu müzakirələr fonunda isə bilinən bir gerçəklik vardı. Pandemiyanın həyatımızı alt-üst etdiyi, bütün planlarımızı özünün bildiyi kimi diktə etdiyi bir zamanda adət etdiyimiz məktəb vərdişlərimizin yerli-dibli dəyişəcəyi gün kimi aydın idi...

Sevindiricidir ki, Azərbaycanın COVID-19-la mübarizədə özünəməxsus model ortaya qoyması ölkə ərazisində virusu nəzarətolunan səviyyəyə salması təhsil ictimaiyyətinin intizarına da son qoymağa imkan yaratdı. Təlim-tədris müəssisələrimizin pandemiyanın şərtlərinə uyğunlaşdırılmış şəkildə fəaliyyətinə qərar verildi. Belə ki, ilk olaraq sentyabrın 15-dən ibtidai siniflərdə dərslər keçirilməyə başlandı. Yuxarı sinif şagirdləri isə onlayn tədrisə başladı zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün ənənəvi təhsil bərpa ediləcək.

Beləliklə, nəhayət, ötən gün bütün məktəblərimizdə səslənən ilk zəng müəllim şagirdləri məktəbə səslədi.

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması Bilik Günü münasibətilə müəllimləri, tələbələri şagirdləri təbrik etdi, yeni şəraitdə başlanan dərs ilinin uğurlu olacağına əminliyini ifadə etdi: "Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər”.

Birinci vitse-prezident Mehriban Əliyeva da Bilik Günü münasibətilə "Instagramhesabında paylaşım edərək məktəbliləri tələbələri təbrik edib: "Əziz məktəblilər tələbələr! Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək əla qiymətlər almaq, bilikli, savadlı şəxs Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!”

 

valideyn izdihamı vardı, balacaların əllərini bəzəyən gül-çiçəklər, şarlar...

 

Biz Bilik Gününü Xəzər rayonu Binə qəsəbəsi Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbdə qarşıladıq.

Təbii ki, yeni formada, öyrəşmədiyimiz qaydada. valideyn izdihamı vardı, balacaların əllərini bəzəyən gül-çiçəklər, şarlar, təntənəli açılış mərasimi...

Builki Bilik Günü tamamilə sakitliyə, qaydalara, nizam-intizama köklənmişdi...

Həyətdə xüsusi nişanlanmış yerlərdə qatar-qatar düzülüb intizarla ora-bura boylanan birincilərlə söhbət edirik.

Zərifə deyir ki, məktəblərin açılmasına çox sevinib dünəndən bütün dərs ləvazimatlarını çantasına yığıb hazırlayaraq, məktəbə yollanacağı anı gözləyib. Nəriman isə sinif yoldaşları ilə tanış olacağı üçün çox həyəcanlıdır. "Mən əlaçı olacamdeyə Kənan fərəhlə söyləyir. Raul nənəsinə söz verib ki, dərslərini əla oxuyub həkim olacaq o, xəstələnsə dərhal sağaldacaq...

Diqqət etdik ki, söhbət etdiyimiz bütün balacalar, demək olar ki, pandemiya qaydalarını əzbər bilir bu qaydalara əməl etdiklərini söyləyirdilər. O da maraqlı idi ki, fikrini öyrəndiyimiz əksər uşaqlar böyüyəndə həkim olacaqlarını dilə gətirir, insanların sağlamlığına qulluq edəcəklərini deyirdilər.

 

Məktəblərin açılması təhsil ictimaiyyəti üçün bayramdır

 

Müşahidələrimizə əsasən deyə bilərik ki, uşaqlardan çox az bir qismi maska taxmışdı. Ümumdünya Səhiyyə Təşkilatı UNICEF-in tövsiyələrinə əsasən 12 yaşdan aşağı uşaqların maska taxması tövsiyə olunmur bu, valideynlərin istəyindən asılıdır.

Övladının maska taxmasını istəyənlərdən biri Şəhla xanımdır. O, söylədi ki, evlərində yaşlı şəxs olduğu üçün daha ehtiyatlı olmağa qərar verib qızının məktəbdə maskadan istifadə etməsini istəyir.

Fəridə adlı digər valideyn isə deyir ki, gigiyena qaydalarına riayət etməklə, sosial məsafə saxlamaqla əlləri tez-tez spirtləməklə infeksiyadan qorunmaq mümkündür. Bütün bunlara əməl etdiyi üçün övladının maskadan istifadəsinə ehtiyac görmür.

 

Bu ilin Bilik Günü tarixə həkk olundu

 

Artıq vaxtdır şagirdlər temperaturları ölçülərək əlləri spirtlənərək bir-bir məktəbə daxil olub, sinif otaqlarına yollanırlar.

Müəllimləri ilə tanış olub, hərflərin, rəqəmlərin sirlərini öyrənmə yoluna qədəm qoyurlar.

İbtidai sinif müəllimi Zülfiyyə Əliyeva deyir ki, çalışırlar uşaqları pandemiyanın tələb etdiyi yeni qaydalara uyğunlaşdırsınlar. Həmçinin balacaların yaşına uyğun formada onlara koronavirus təhlükəsini izah edərək infeksiyadan qorunma yollarını öyrədirlər: "Tədris müəssisələrinin açılması təhsil ictimaiyyəti üçün bayramdır. Çox sevinirik ki, müəyyən şərtlərlə olsa məktəblər açıldı. İndi bütün müəllimlərin, valideynlərin, ümumiyyətlə, hər kəsin ümdə vəzifəsi o olmalıdır ki, qoyulan tələblərə məsuliyyətlə əməl edərək, təhsil müəssisələrinin pandemiyadanəvvəlki şəraitdə fəaliyyət göstərməsinə nail olaq”.

İbtidai sinif müəllimi Məlahət Əliyeva da iki-üç günlük olsa belə dərslərin başlamasının çox sevindirici hal olduğunu bildirir, uşaqlarla əyani münasibətin, üz-üzə dərs keçməyin daha effektiv olduğunu söyləyir: "Təbii ki, onlayn formada da dərslərimizi davam etdiririk ki, uşaqlar dərslərdən geri qalmasın, oxusunlar, gələcəkləri yaxşı olsun. İnşallah, ölkəmiz bu çətinlikdən qurtulacaq bütün sahələr üzrə həyatımız normal məcraya qayıdacaq”.

Müəllimə Tahirə Xanlarova bildirir ki, pandemiya şəraitinin tələblərinə uyğun həyata keçirilən onlayn təhsil şagirdlərin dərsdən aralı düşməsinə imkan vermədi. Amma xüsusilə ibtidai siniflərin əyani formada təhsil almaları vacibdir artıq ölkəmizdə buna nail olunub: "Düşünürəm ki, qoyulan qaydalara əməl edərək, tezliklə ənənəvi təhsil formasına qayıdacağıq”.

Qeyd edək ki, yeni tədris ilində ilk dərslər I- IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant formada) "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdirmövzularına həsr olunmuşdu.

Bəli, bu ilin Bilik Günü yeni qaydalar, şərtlərlə heç zaman rast gəlinməyən formada tarixə həkk olundu.

pandemiya sınaqları ilə dolu təhsil ili start götürdü. Əminik ki, bütün sahələrdə olduğu kimi, təhsilimiz bu imtahandan bacarıqla adlayaraq təhlükəsiz gələcəyə yol alacaq...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 16 sentyabr.- S.6.