Keçmiş ekoloji fəlakət
zonasında yaradılan nəhəng sənaye parkı
Burada Peşə Təhsil Mərkəzinin fəaliyyətə
başlaması iqtisadi inkişafın
növbəti göstəricisidir
Azərbaycan
sənayesində daha bir
ilkə imza atıldı. Ölkədəki
sənaye parkında ilk dəfədir
Peşə Təhsil Mərkəzi yaradıldı. Sumqayıt
Kimya Sənaye Parkında açılan bu mərkəz, ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatının inkişaf
tendensiyasının növbəti göstəricisidir.
Çünki bununla bir neçə strateji hədəfə
nail olunur. Əvvəla, mərkəzin müasir
infrastruktura malik olması tələbələrə
dövrün tələblərinə
uyğun bacarıq və peşə vərdişi qazanmağa imkan verəcək. İkincisi, təlim-tədris prosesində
onlara bu bilgiləri elə parkın özünün
yüksəkixtisaslı mütəxəssisləri
aşılayacaq. Daha bir üstünlük tələbələrin
bilavasitə Sumqayıt
Kimya Sənaye Parkının müəssisələrində
təcrübə keçmək
imkanıdır. Nəhayət,
onların iş yeri əldə etmək şansı olacaq.
Prezident İlham Əliyevin
sözügedən mərkəzin
açılışında iştirak etməsi bu hadisənin
necə önəmli olduğuna bir daha dəqqət çəkir.
Belə ki, bu cür müasir
bir Peşə Təhsil Mərkəzinin məhz Sumqayıt Kimya Sənaye Parkında açılması
təsadüfi deyil. Dövlətimizin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan sənayeləşmədə bu
parkın özünəməxsus
rolu var. İndi ölkə iqtisadiyyatının
qarşısında dayanan
əsas məqsədlərdən
biri tələbatın
ödənilməsində yerli
məhsulların payının
artırılması, ixrac
potensialının yüksəldilməsi,
ümumilikdə, neft-qaz
amilindən asılılığın
daha da azaldılmasıdır.
Sumqayıt Kimya Sənaye
Parkı bu yolda inam və
uğurla addımlayır.
Burada məhsul istehsalı və ixracı istiqamətində müsbət
dinamika mövcuddur. Keçən
il parkda
823 milyon manatlıq məhsul istehsal edilib və bunun təqribən 33 faizi ixrac olunub.
Cari ilin birinci yarısında
isə 534 milyon manatlıq məhsul buraxılıb. Bununla
da Sumqayıt Kimya Sənaye Parkının ölkə
sənayesinin qeyri-neft
sektorunda xüsusi çəkisi 9,3 faiz təşkil edib. Qeyri-neft sənaye məhsullarının
ixracında parkın xüsusi çəkisi 20
faiz olub. Daha bir mühüm göstərici hazırda parkda fəaliyyət göstərən müəssisələrdə
5500-dən çox insanın
daimi işdə çalışmasıdır.
Prezident İlham
Əliyev Peşə Təhsil Mərkəzinin açılışında bu
barədə demişdir:
"Biz daxili tələbatı
nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin
və xüsusilə Kimya Sənaye Parkının mühüm
rolu var. Çünki
biz son illərdə bu
işləri görməklə
buna böyük dərəcədə müvəffəq
olmuşuq. İndi əsas
işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək
mümkündürsə, bunun
üçün xammal
varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük
diqqət göstərilməlidir.
Belə təşəbbüs göstərən
şirkətlərə həm
rezident statusu verilməlidir, eyni zamanda dövlət tərəfindən onlara kömək göstərilməlidir,
güzəştli kreditlər
ayrılmalıdır ki,
biz idxaldan asılılığımızı
maksimum dərəcədə
azaldaq. Çünki hər bir ölkə buna çalışır və
xüsusilə əhalisi
artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”.
Sumqayıt Kimya Sənaye Parkında ixracyönümlü
və idxalı əvəzləyə biləcək
istehsalat sahələrinin
yaradılmasına önəm
verilir. Məsələn, burada Siqaret
fabriki fəaliyyətə
başlayıb və artıq statistikadan görünür ki, idxaldan asılılıq getdikcə azalır.
300 milyon manata
qənaət etmək
mümkün olub.
Fabrikin inkişaf potensialı da var. Prezident müəssisədə ikinci,
üçüncü xətlərin
də qurulmasını,
istehsalın artırılmasını
və buraxılacaq məhsulun hamısının
ixraca getməsini tövsiyə edib. Müəssisənin genişləndirilməsi kənd
təsərrüfatının tütünçülük sahəsinin
inkişafına da təkan verəcək.
Çünki hazırda siqaret
istehsalında emal olunmuş tütün xaricdən alınır.
Sumqayıt Kimya Sənaye Parkı qısa müddətdə uğurlu
yol keçib. Yeniləşən, güclənən Azərbaycanı
onun da timsalında
aydın görmək
mümkündür.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən "Sumqayıt
Kimya Sənaye Parkı” MMC Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il
tarixli fərmanına
əsasən yaradılıb.
2013-cü il oktyabrın 3-də isə
dövlət başçısının
iştirakı ilə
parkın təməlqoyma
mərasimi keçirilib.
Sumqayıt şəhərində yerləşən
və nəhəng infrastruktura malik parkın ərazisi 508 hektardan çoxdur. Əvvəllər burada ömrünü başa vurmuş, köhnəlib dağılmış
müəssisələr yerləşib.
Yaxın
keçmişdə ekoloji
fəlakət zonası
olan bu ərazidə
indi neçə-neçə
gərəkli müəssisə
yaradılıb.
2015-ci il
oktyabrın 25-də parkın
rezidentləri olan
"Azertexnolayn” MMC-nin
Texniki avadanlıqlar zavodunun açılışı
və "SOCAR Polymer” MMC-nin
Yüksək sıxlıqlı
polietilen zavodunun təməlqoyma mərasimi
keçirilib. 2017-ci il dekabrın 15-də
3 müəssisənin təməli
qoyulub və 4 müəssisə açılıb.
2018-ci il iyulun 18-də "SOCAR Polymer” MMC-nin Polipropilen istehsalı zavodu istifadəyə verilib. Həmin il
noyabrın 16-da isə
parkda yerləşən
Ferroərintilər zavodunun,
Siqaret fabrikinin və İnşaat Kimyəviləri zavodunun açılışı olub.
2019-cu il yanvarın 16-da Karbamid zavodu, 2019-cu il fevralın 18-də "SOCAR Polymer” MMC-nin Yüksək sıxlıqlı polietilen
istehsalı zavodu istismara daxil edilib. Nəhayət, bu il aprelin 6-da "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan
tibbi maska istehsalı müəssisəsinin
açılışı olub.
Beləliklə, parkın ərazisinin 80 faizdən çoxunda artıq müəssisələr fəaliyyət göstərir. Yaxın iki-üç ildə qalan sahənin də dolacağı gözlənilir. Odur ki, Prezident qarşıya yeni vəzifələr qoymuşdur: "Yeni ərazilər lazımdır. Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, - o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımi məsələlər, - bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin”.
Flora SADIQLI
Azərbaycan.-
2020.- 16 sentyabr.- S.1; 6.