Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü
Türkiyə KİV-lərinin diqqətindədir
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı, eləcə də bu münasibətilə dövlət başçılarının bir-birinə yazdıqları məktub qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlıq nümunəsi və örnək kimi təqdim edildiyi məqalələr və reportajlar Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, A HABER, NTV televiziya kanalları, eləcə də “Star”, “Yeni çağ”, “Yeni şafaq”, “Milliyet” və digər qəzetlər tərəfindən yayılıb.
Qeyd edək ki,
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Prezident
Administrasiyasının İctimaiyyətlə əlaqələr
idarəsinin rəhbəri Fəxrəddin Altun
və digər vəzifəli şəxslər, həmçinin
Milli Müdafiə Nazirliyi
sosial şəbəkə hesablarında
Bakının düşmən işğalından qurtuluşunun 102-ci ildönümü
münasibətilə təbriklər paylaşıblar.
Paylaşımlarda Azərbaycan-Türkiyə
qardaşlığı ilə bağlı fikirlər əks olunub.
Azərbaycan.-
2020.-17 sentyabr.- S.2.