Gəncədə Hərbi Hospitalın yeni
inşa edilmiş
şöbəsinin açılışı olub
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin tapşırığına əsasən
Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət
şəraitinin yaxşılaşdırılması,
sağlamlığının qorunması istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlər davam
edir, müasir standartlara cavab verən hərbi infrastruktur
yaradılır.
Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq sentyabrın 16-da Gəncə Qarnizonunda hərbi hospitalın yeni inşa edilmiş infeksion xəstəliklər şöbəsinin açılışı olub.
Tədbirdə iştirak edən general-mayor Xəqani Cəbrayılov və Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini polkovnik Elxan İbrahimov istifadəyə verilən şöbədə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.
Açılış
mərasimində çıxış edən polkovnik
E.İbrahimov Silahlı Qüvvələrin
Ali Baş Komandanı
cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində aparılan islahatlar
nəticəsində bütün istiqamətlərdə
olduğu kimi hərbi
tibb sahəsində də əldə olunmuş uğurlardan
danışıb, Müdafiə nazirinin təbriklərini
və tibb xidmətinin daha
da təkmilləşdirilməsi ilə
bağlı qarşıya qoyduğu
tapşırıqları tədbir
iştirakçılarına çatdırıb.
Azərbaycan.-
2020.-17 sentyabr.- S.3.