İlham Əliyev iradəsi
Dövlətin və xalqın
maraqlarına xidmət edən bu iradə möhkəm və
sarsılmazdır
Bunu hamı bilir: əgər İlham Əliyev qarşıya məqsəd qoydusa, ona mütləq nail olur!
Bu, birmənalıdır!
İlham Əliyev xalqla açıq danışır, şəffaf fəaliyyət göstərir!
Görülən və görüləcək işlər barədə ölkə ictimaiyyətinə ətraflı məlumat verir!
İlham Əliyev müəyyənləşdirdiyi hədəfə çatmaq üçün ortaya möhkəm, sarsılmaz iradə qoyur!
Sonra isə düşünülmüş siyasət yeridərək, hesablanmış addımlar atır!
Azərbaycan xalqı da, bütün dünya da bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyi sözün, verdiyi vədin sahibidir.
Bunu dövlətə rəhbərlik etdiyi on yeddi ildə dəfələrlə, dönə-dönə sübut edib!
***
Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdanda "Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” demişdi.
Sona qədər də belə oldu, vədinə sadiq qaldı!
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev də bütün fəaliyyətini xalqımızın xoşbəxtliyinə və firavanlığına həsr edib!
Qarşısına qoyduğu hər bir çətin, möhtəşəm vəzifə dövlətimizin inkişafına, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.
Əslində, İlham Əliyevin hədəfləri bizim hamımızın arzu və istəyini, dövlətimizin yüksəliş və inkişafını ifadə edir!
Bu mənada xalq dövlət başçısını tam dəstəkləyir, İlham Əliyev bütün sosioloji mərkəzlərin keçirdiyi sorğularda daim ən yüksək nəticəyə - 90 faizdən çox reytinqə sahib çıxır!
Xalqla iqtidarın birliyi və həmrəyliyi həm də bu formada təzahür edir: arzu bir, istək bir, niyyət bir!
***
Xalqımızın və dövlətimizin son
17 ildə qazandığı uğur və nailiyyətlər İlham Əliyevin adı, fəaliyyəti və müdrik rəhbərliyi ilə bağlıdır.
Bu zaman tarix üçün az sayılsa da, görülən işlər möhtəşəmliyi ilə diqqət çəkir.
Onların bir qisminə birlikdə nəzər salaq.
İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayacağını, möhkəmləndirəcəyini və daim müstəqil siyasət yürüdəcəyini vəd etmişdi.
Biz hamımız bu sahədəki uğurların şahidiyik:
* Azərbaycan dünyada hamı tərəfindən tanınan və qəbul edilən müstəqil dövlətdir, heç kimin forpostu, əyaləti və ya quberniyası sayılmır;
* dövlət başçısı daim xalqın milli maraqlarına əsaslanan daxili və xarici siyasət yürüdür;
* dünya birliyində xüsusi çəkisi və nüfuzu vardır;
* hamı Azərbaycana ləyaqətli dövlət kimi hörmətlə yanaşır.
İLHAM ƏLİYEV AZƏRBAYCANI indi tarixinin ən qüdrətli dövrünü yaşayır!
Bu hədəfə çatmaq üçün dövlət başçısı mərhələlərlə hədəflər müəyyənləşdirmiş, bu barədə açıqlamalar vermiş, qüvvə və imkanları məqsədə çatmaq üçün səfərbərliyə almışdır.
***
İlham Əliyev prezidentliyə başlayanda xaos və anarxiya dövrü, çörək növbələri və xalqa çörək əvəzinə jmıx yedizdirilən vaxtlar arxada qalsa da, həyat səviyyəsi aşağı idi. Bakıda tez-tez elektrik enerjisi verilişində fasilələr yaranır, regionlar isə sutkada 5-6 saat işıq ala bilirdilər.
Kənd təsərrüfatı dağılmış, kəndlər boşalmış, yollar köhnələrək yararsız hala düşmüşdü.
İlham Əliyev bu vəziyyəti tezliklə düzəldəcəyinə söz verdi:
"Azərbaycanın hər bir kəndində günün istənilən vaxtı elektrik enerjisi olacaq”.
"Aqrar sahə dirçəldiləcək, kənddə sahibkarlıq inkişaf etdiriləcək”.
"Kəndlərimizin siması tamam dəyişəcək”.
Atılan qətiyyətli addımlar vəziyyəti büsbütün dəyişdi.
Azərbaycan az vaxt ərzində özünün enerji, ərzaq və nəqliyyat təhlükəsizliyini təmin etdi.
* Bir vaxtlar xaricdən elektrik enerjisi, təbii qaz alan Azərbaycan qısa müddətdə onlarca yeni su, istilik, bərpaolunan enerji ilə işləyən elektrik stansiyaları qurdu. İndi özü qonşu ölkələrə elektrik enerjisi satır.
* Avropanın təbii qazla etibarlı təminatında fərqlənir, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən sonra dörd seqmentli "Cənub qaz dəhlizi”nə həyat vəsiqəsi verib.
* Ölkə daxilindəki qazlaşma isə dünya üzrə ən yüksək səviyyə sayılan 95 faizi ötüb.
* Ən müasir yol infrastrukturu yaradılıb, Böyük İpək yolu bərpa edilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsindən sonra Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilib!
***
Torpaqların işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması, doğma yurd-yuvalarından qovulan insanların ağır və bəzən qeyri-insani şəraitdə yaşaması çıxılmaz vəziyyət yaratmışdı.
İlham Əliyev "Bir nəfər də çadır şəhərciyində yaşamayacaqdır” vədinə dediyindən də tez əməl etdi!
* Artıq 110-dan çox yeni qaçqın şəhərciyi və yaşayış kompleksi salınıb, hər il yüzlərlə məcburi köçkün ailəsi yeni mənzillərə köçürülür.
* Təkcə məcburi köçkünlərə deyil, şəhid ailələrinə, əlillərə, hətta jurnalistlərə belə dövlət hesabına tikilib təmir olunan mənzillər verilir.
* Bu proses pandemiya dövründə
də davam etdirilir.
***
Regionların inkişafına dair dörd dövlət proqramının uğurlu
icrası sayəsində
kənd və qəsəbələr simasını
büsbütün dəyişib. Çoxsaylı kəndli-fermer təsərrüfatları
yaradılıb, aqrar sahənin inkişafına
sistemli dövlət qayğısı təmin
edilib, sahibkarlığın
inkişafına, onların
güzəştli kreditlə
təminatına münbit
şərait yaradılıb.
COVID-19 pandemiyası
ilə əlaqədar
bütün dünyada
ümumi daxili məhsul istehsalının
azaldığı bir
vaxtda Azərbaycan kəndində istehsalın
artımı fərəh
doğurur.
Sosial layihələr davamlı şəkildə həyata
keçirilir.
***
"Azərbaycan
gənci savadlı və sağlam olmalıdır” vədini də dövlət başçısı sürətlə
yerinə yetirdi, neft kapitalının insan kapitalına çevrilməsi layihəsi
uğurla icra olunmaqdadır.
* Son illərdə
4 minədək yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Müəllim kadrların yetişdirilməsinə,
onların əməkhaqlarının
artırılmasına diqqət
çoxalmışdır.
* Dünyanın qabaqcıl ölkələrinin
tanınmış universitetlərində
dövlət hesabına
təhsil alan
yüzlərlə gənc
geri dönərək
vətəndə işə
başlamışdır.
* Böyük idman uğurlarımız da vardır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq
yarışlara evsahibliyi
edir. Regionlarda 40-dan çox olimpiya
idman kompleksi tikilərək gənclərin
ixtiyarına verilmişdir.
* Azərbaycan I Avropa Oyunlarınıın
təşkilatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi kimi tarixə düşmüşdür.
***
İlham Əliyevin daha bir vədi işğal
altındakı torpaqların
tezliklə azad edilməsi ilə bağlıdır.
Bu məsələdə
qətiyyətli və
prinsipial mövqe nümayiş etdirən dövlət başçısı
ortaya möhkəm iradə qoymuşdur:
"Azərbaycan
bir qarış torpağını da düşmənə güzəştə
getməyəcəkdir”.
"Azərbaycan
öz ərazisində
ikinci erməni dövlətinin yaranmasına
yol verməyəcəkdir”.
"Azərbaycan
işğal altındakı
torpaqlarını hökmən
azad edəcəkdir”.
"Biz Qarabağda,
Şuşada dalğalandırılan
qələbə bayrağını
Azadlıq meydanına
gətirəcəyik!”
Dövlət başçısı
məqsədə çatmaq
üçün lazım
olan bütün vasitələrdən istifadə
edir:
* güclü
ordu yaradılmış,
ən müasir silahla təmin olunmuşdur;
* vətənpərvər
hərbçilər, müasir
hərbi biliklərə
yiyələnən zabitlər
korpusu yaradılmışdır;
* münaqişənin
sülh yolu ilə həlli üçün sonadək
cəhdlər göstərilmişdir;
* azğın
düşmənə dördgünlük
Aprel müharibəsində,
Günnüt əməliyyatında,
Tovuz istiqamətindəki
döyüşlərdə qulaqburması verilərək
ciddi xəbərdarlıq
olunmuşdur.
Lakin havadarlarına arxalanan Ermənistan sülh danışıqlarından
yayınır, mənasız
şərtlər irəli
sürür, işğal
altındakı torpaqları
özününküləşdirməyə
çalışır:
* Dağlıq Qarabağı danışıqlar
masasına gətirməyə
çalışan Ermənistanın
baş naziri Paşinyan "Qarabağ Ermənistandır, nöqtə”,
- deyə cəfəng
bəyanat verir;
* Şuşanı
Dağlıq Qarabağın
mərkəzi elan edəcəklərini söyləyir,
oradakı asma körpünün açılışına
gedir;
* oğlu
Xankəndidə hərbi
qulluq keçir, arvadı Dağlıq Qarabağa gələrək
oradakı digər arvadlara avtomatdan atəş açmağı
öyrədir;
* Ağdamda yeni meyvə bağları salınır;
* xalqımıza
məxsus mədəni-tarixi
abidələr dağıdılır,
yer adları dəyişdirilir;
* Livandan gətirilən terrorçular
və erməni ailələri işğal
ərazilərində yerləşdirilir,
məskunlaşdırma aparılır
və s.
***
Artıq erməni
həyasızlığı son həddə çatmışdır!
Öz iradəsini
ortaya qoyan İlham Əliyevin və xalqımızın
səbri tükənmişdir!
"Qarabağ
Azərbaycandır, nida
işarəsi” deyən
Prezidentimizin qətiyyətli
addımlar atacağı
heç kəsdə şübhə doğurmur!
Ədalət bizim tərəfimizdədir!
Türk qardaşlarımız
da daim yanımızdadır!
Düşmən isə Gəncə şəhərinə
və Mingəçevir
SES-ə raket atacağı
ilə sərsəmcəsinə
hədələyir!
Bu məsələdə
İlham Əliyevin iradəsi Azərbaycan xalqının iradəsidir!
Xalq öz rəhbərini böyük
məhəbbətlə sevir,
daim dəstəkləyir!
Müsəlləh əsgərə çevrilən
hər bir Azərbaycan gənci Ali Baş Komandanından əmr gözlədiyini 14
iyul mitinq-yürüşündə
açıq şəkildə
bildirmişdir.
Son sözü isə xalq və
onun rəhbəri söyləyəcəkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.
- 2020.- 18 sentyabr.- S.1; 3.