Korrupsiyaya
qarşı sözdə yox, əməldə mübarizə
aparılır
Prezident
İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi
tədbirlər hərtərəfli və innovative xarakter
daşıyır
Azərbaycanda korrupsiya, rüşvətxorluq
və digər bu kimi neqativ halların aradan
qaldırılması hər zaman əsas hədəflərdən
biri sayılıb. Son illər isə Prezident İlham
Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə
yeni strateji baxışlar və vəzifələr müəyyən
edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə
yeni müstəviyə keçib. Hazırda ölkədə
korrupsiyaya qarşı mübarizə təcrübəsi
sistemli, hərtərəfli və innovativ xarakter
daşıyır.
Rüşvətxorluğa
qarşı dözümlülük sıfır səviyyəsindədir
Bu gün korrupsiya və
rüşvətxorluq halları bütün ölkələrdə
mövcuddur. Ancaq əsas məsələ dövlət və
hökumətin bu proseslərə hansı prizmadan
yanaşmasıdır. Cənab İlham Əliyevin söylədiyi
kimi, Azərbaycanda bu məsələlərə
dözümlülük sıfır səviyyəsindədir və
görülən işlər bunu bir daha təsdiqləyir.
Son 2 ildə təkcə yerli icra
orqanlarının rəhbərləri yox, eyni zamanda mərkəzi
icra orqanlarının rəhbərlərinin də məsuliyyətə
cəlb edilməsi və bu məsələlərin ictimailəşdirilməsi
təqdirəlayiq hal hesab olunur. Prezidentin insanların vəzifələrə
təyinatı ilə bağlı tövsiyələrinin də
ictimaiyyətə çatdırılması bu prosesin tərkib
hissəsidir.
Prezident İlham Əliyev ötən
il Yevlax və Xaçmaz rayonlarına təyin etdiyi yeni icra
hakimiyyəti başçılarına tapşırıq və
tövsiyələrini verərkən bu məsələyə
xüsusi olaraq toxunmuşdu. Bütün xoşagəlməz
hallara son qoyulmasını, rüşvətxorluq,
korrupsiyanın tamamilə
yığışdırılmasının vacibliyini söyləyən
Prezident məmurlara mühüm göstəriş verib, ciddi xəbərdarlıq
etmişdi: "Sizə şəxsən bu göstərişi
verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola
gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız.
Bunu bəri başdan bilin və bütün başqa yerli icra
orqanlarının nümayəndələri, rəhbərləri
məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa
qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır.
Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə
olan planlarımızı sarsıda bilər”.
Dövlət
başçısı dedi ki, Azərbaycanda şəffaflıq,
dürüstlük hər bir dövlət məmurunun həyat
tərzi olmalıdır.
Ona görə bu məsələ
ilə bağlı aidiyyəti dövlət qurumları ilə
birlikdə çox ciddi fəaliyyət göstərməli,
tamamilə şəffaf vəziyyət
yaradılmalıdır.
Şəffaf
ictimai münasibətlər sistemi, yeni Milli Fəaliyyət
Planı
Prezident İlham Əliyevin dövlət
idarəçiliyində həyata keçirdiyi
genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə
uyğun olaraq bu il Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyanın tərkibi də yenilənib.
Sentyabrın 15-də Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının yeni tərkibdə ilk iclası
videoformatda keçirilib. Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyev komissiyanın sədri seçilib.
Komissiyanın sədri
çıxış edərək cənab İlham
Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində
müəyyən etdiyi hədəflərə çatmaq
üçün qurumun üzərinə düşən əsas
vəzifələri iclas iştirakçılarının
diqqətinə çatdırıb. Qeyd edilib ki, əsası
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan
Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib
hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə
təşkil edir. Prezidentin siyasi iradəsinə uyğun
olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr
müəyyən edilib, korrupsiyaya qarşı mübarizə
keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu
iqtisadi, hüquqi və sosial siyasət nəticəsində
şəffaf ictimai münasibətlər sistemi
formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin
təmin edilməsi, açıq hökumət prinsiplərinin
tətbiqi, elektron xidmətlərin inkişafı dövlət
siyasətinin əsas istiqamətlərindəndir.
Bu səbəbdən də dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
daha da artırılması üçün ictimai nəzarət
mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai
şuraların fəaliyyətinin səmərəliliyi təmin
edilməlidir. Komissiya sədri həmçinin korrupsiyaya
qarşı mübarizə sahəsində müasir
çağırışlara uyğun səmərəli
mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin
irəli sürülməsinin zəruriliyini vurğulayıb.
İclasda korrupsiyaya qarşı
mübarizə sahəsində bu günədək
görülən işlər nəzərdən keçirilib
və növbəti illərdə bu sahədə
reallaşdırılması zəruri olan tədbirlərin
vahid strateji çərçivəsini müəyyənləşdirmək,
prioritetləri önə çəkmək və bu tədbirlərin
ölkədə gerçəkləşdirilən islahatlar
kursuna cavab verməsini təmin etmək məqsədilə
yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri
müzakirə olunub. Həmçinin Milli Fəaliyyət
Planının layihəsinin hazırlanması barədə
tapşırıqlar verilib.
İclasda çıxış edən
komissiya üzvləri qanunun aliliyinin və dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
təmin olunması məqsədilə açıqlıq və
hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin
xüsusi əhəmiyyət kəsb etdiyini
vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin
korrupsiya hallarını istisna edən şəraitdə,
operativ və resurslara qənaət etməklə göstərilməsi
üçün müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin
genişləndirilməsi zərurəti qeyd edilib. İctimai nəzarətin
təmin edilməsi məqsədilə mövcud mexanizmlərin
tətbiqinin təkmilləşdirilməsi, vətəndaş
cəmiyyəti təsisatları ilə əməkdaşlığın
artırılması məsələlərinə
baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi
üçün zəruri olan istiqamətlər qeyd edilib,
habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin
vacibliyi vurğulanıb.
İctimai nəzarət
mexanizmlərinin tətbiqi genişləndirilir
Göründüyü kimi, Azərbaycanda
korrupsiyaya qarşı mübarizənin səmərəli və
keyfiyyətli olması üçün dövlət səviyyəsində
dinamik, ardıcıl tədbirlər görülür və
bu mübarizə tam aşkarlıq şəraitində
reallaşdırılır.
Prezident İlham Əliyev mayın
1-də Baş prokuror Kamran Əliyevi qəbul edərkən
korrupsiyaya qarşı mübarizə sahəsində
mühüm addımların atılması ilə
bağlı ciddi tapşırıqlarını verdi: "Azərbaycan
cəmiyyətində korrupsiya və rüşvətxorluq
olmamalıdır. Korrupsiya və rüşvətxorluq
üçün meydan həm inzibati yollarla, həm də
institusional üsullarla daraldılmalıdır. Bu məsələ
ilə bağlı bizim mövqeyimiz birmənalıdır.
Korrupsiyaya və korrupsionerlərə qarşı amansız
mübarizə aparılacaq”.
Korrupsiyaya qarşı mübarizədə
uğuru şərtləndirən ən vacib amil siyasi iradədir
və ölkəmizdə korrupsiyaya qarşı mübarizə
sahəsində möhkəm siyasi iradə var. Prezidentin
tapşırığı ilə Dövlət Təhlükəsizliyi
Xidmətinin həyata keçirdiyi əməliyyatlar bir daha
göstərdi ki, ölkəmizdə korrupsiyaya qarşı
ciddi mübarizə var, heç kim qanundan üstün deyil.
Qanunları pozan, rüşvətxorluq edən vəzifəli
şəxslərin həbsi bir daha təsdiq edir ki, dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
daha da artırılması üçün ictimai nəzarət
mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai
şuraların fəaliyyətinin səmərəliliyinin təmin
olunması istiqamətində tədbirlər
görülür.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2020.- 18 sentyabr.- S.1; 3.