Milli Məclisin İnsan hüquqları
komitəsi payız sessiyası üçün
iş planını təqdim edib
Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Komitə sədri Zahid Oruc iclası açaraq yeni sessiya münasibətilə deputatları təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Bildirilib ki, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Komitə sədri bildirib ki, cari ilin
mart ayından dünyada
pandemiya elan edilib. Bu səbəbdən Milli Məclis, o cümlədən komitələr
öz fəaliyyətini
qeyri-standart şəraitdə
davam etdirib.
Z.Oruc qeyd edib ki,
2020-ci ilin yaz və növbədənkənar
sessiyaları ərzində
İnsan hüquqları
komitəsinin 7 iclası
keçirilib, 14 məsələ
müzakirə olunub. Komitə tərəfindən
7 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə
edilib və parlament tərəfindən
qəbul olunub. Bu müddətdə müxtəlif mövzularda
dinləmələr təşkil
edilib, insan haqları üzrə QHT-lərlə görüşlər
keçirilib, bir sıra vacib məsələlər müzakirə
olunub. "Eyni zamanda, iyulun
12-də Ermənistanın Azərbaycanın
Tovuz rayonu ərazisində ölkəmizə
təcavüzü və
bu aktın beynəlxalq məkanda qiymətləndirilməsi ilə
bağlı komitə
öz üzərinə
düşən işləri
yerinə yetirməyə
çalışıb. Bununla əlaqədar 50-dən artıq
ölkənin parlamentlərinə
müraciətlər göndərdik.
İnsan haqları ilə bağlı istər ABŞ Dövlət
Departamenti, istərsə
də digər qurumlar çərçivəsində
müxtəlif subyektiv
fikirlərə qarşılıq
olaraq məsələnin
obyektivliyini şərh
edən sənədləri
göndərməyə çalışdıq”,
- deyə komitə sədri bildirib.
O diqqətə çatdırıb ki, sessiya dövründə komitəyə 204 sənəd
daxil olub. Komitənin rəhbərliyi tərəfindən
117 vətəndaşın onlayn qaydada qəbulu keçirilib.
Layihə və ərizələrin
baxılması üçün
komitə adından müxtəlif ünvanlara
105 məktub göndərilib.
Milli Məclisin fəaliyyəti ilə bağlı fikirlər səsləndirən Zahid Oruc bildirib ki,
pandemiya dövründə
parlamentdə iş zamanın çağırışlarına
uyğun qurulub. Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə bu sahədə böyük dəyişikliklər
baş verib. Onlayn platformalarda fəaliyyətin
təşkili öz müsbət nəticələrini
göstərib. Bütün sənədlərin
elektron dövriyyəsi
təşkil olunub.
Bu, sənədlərlə operativ işləməyə
imkanlar yaradıb.
Milli Məclisin Aparatında, İşlər
idarəsində sistemlilik,
intizam, işə münasibətdə çeviklik
və digər müsbət keyfiyyətlər
müşahidə olunub.
Sonra Zahid Oruc komitənin 2020-ci ilin payız sessiyası üçün
20 bənddən ibarət
iş planının layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, sessiya ərzində Azərbaycan Respublikası
Prezidentinin, Milli Məclisin deputatlarının,
Ali Məhkəmənin, Baş
Prokurorun, Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin qanunvericilik
təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə,
Azərbaycan Respublikası
qanunlarına dəyişikliklər
və əlavələr
edilməsi haqqında
və digər sənədlərə baxılması
nəzərdə tutulub.
Bildirilib ki, bu müddətdə insan hüquqlarına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə
bağlı müvafiq
qeyri-hökumət təşkilatlarının
nümayəndələri ilə
fikir mübadiləsinin,
Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
arasında Anlaşma Memorandumundan, habelə Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıq
haqqında Memorandumdan
irəli gələn məsələlərə həsr
olunmuş tədbirlərin
keçirilməsi, Ermənistan
tərəfindən Azərbaycana
qarşı törədilmiş
soyqırımı, təcavüz,
etnik təmizləmə
və digər beynəlxalq cinayətlərin
cəzalandırılmasına nail olunması istiqamətində
fəaliyyətin həyata
keçirilməsi planlaşdırılır.
Qeyd edilib ki, iş planına İnsan Hüquqları üzrə Müvəkkil
(Ombudsman) ilə Azərbaycanda
insan hüquq və azadlıqlarının
təmin edilməsi və müdafiəsinin vəziyyəti, birgə fəaliyyət formaları
və istiqamətləri
haqqında vaxtaşırı
müzakirələrin aparılması,
insan hüquqları sahəsində maarifləndirmə
tədbirlərinin keçirilməsində
komitə üzvlərinin
iştirakının təmin
olunması kimi məsələlər daxil
edilib.
Eyni zamanda, komitə tərəfindən
müvafiq dövlət
qurumlarının və
vətəndaş cəmiyyəti
institutlarının nümayəndələrinin
iştirakı ilə
Beynəlxalq İnsan Hüquqları Gününə
həsr olunmuş ictimai dinləmənin, Ali
Məhkəmə, Ədliyyə
Nazirliyi, Məhkəmə
Hüquq Şurası,
Konstitusiya Məhkəməsi,
insan hüquqları profilli QHT-lərlə görüşlərin və
digər tədbirlərin
keçirilməsi də
nəzərdə tutulub.
Müzakirələr zamanı
deputatlar Hikmət Məmmədov, Razi Nurullayev, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elman Nəsirov,
Jalə Əhmədova,
Tural Gəncəliyev,
Elşad Mirbəşir
oğlu hesabat və iş planı barədə fikirlərini səsləndirib,
bəzi təkliflər
veriblər.
Komitənin 2020-ci il yaz və
növbədənkənar sessiyaları
ərzində fəaliyyəti
müsbət qiymətləndirilib,
payız sessiyasının
iş planı təsdiqlənib.
Sonra iclasda "Azərbaycan Respublikasının
Əmək Məcəlləsində,
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində,
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində və
"Uşaq hüquqları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” qanun layihəsi (birinci oxunuş) Parlament Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin
əməkdaşları Sarvan
Sadıqov və Seymur Əşrəfli tərəfindən təqdim
edilib.
Bildirilib ki, qanun layihəsi "Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi
barədə” 2019-cu il
5 mart tarixli və
"Azərbaycan Respublikasının
Mənzil Məcəlləsində,
İnzibati Xətalar Məcəlləsində, "Uşaq
hüquqları haqqında”,
"Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında”, "Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında”, "Gənclər siyasəti haqqında”, "Penitensiar
müəssisələrdə cəza çəkməkdən
azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”,
"Könüllü fəaliyyət
haqqında”, "Bədən
tərbiyəsi və
idman haqqında”,
"Reklam haqqında”
və "Uşaqların
zərərli informasiyadan
qorunması haqqında”
qanunlarda dəyişiklik
edilməsi barədə”
2020-ci il 8 may tarixli qanunlara uyğun olaraq hazırlanıb.
"Uşaq
hüquqları haqqında”
Qanuna edilən düzəlişlə bağlı
bildirilib ki, sənədin 9-cu maddəsinin
üçüncü hissəsi
yeni redaksiyada verilib. Həmin hissədə
deyilir ki, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının
uşaqlara satılması,
əmək şəraiti
ağır, zərərli
olan iş yerlərində, habelə
yeraltı tunellərdə,
şaxtalarda və digər yeraltı işlərdə, uşaqların
əxlaqi kamilliyinə
mənfi təsir göstərən gecə
klublarında, barlarda,
alkoqollu və energetik içkilərin, tütün məmulatlarının,
toksik preparatların istehsalı, daşınması,
satışı və
saxlanılması işlərində,
narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi
ilə bağlı olan, uşaqların həyatına, sağlamlığına
və ya mənəviyyatına təhlükə
törədə bilən
digər işlərdə
uşaq əməyinin
tətbiq edilməsi qadağandır.
Qeyd olunub ki, Əmək
Məcəlləsində, Cinayət
Məcəlləsində və
İnzibati Xətalar Məcəlləsində də
oxşar məzmunlu və dəqiqləşdirmə
xarakterli düzəlişlər
nəzərdə tutulur.
Müzakirələrdən
sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar
iclasına tövsiyə olunub.
Azərbaycan.-
2020.-18 sentyabr.- S.4.