Azərbaycan ilə
Nepal arasındakı ikitərəfli
münasibətlərin inkişafı
üçün yaxşı
imkanlar mövcuddur
Nepal Federativ Demokratik Respublikasının Prezidenti
Zati-aliləri xanım
Bidhya Devi Bhandariyə
Hörmətli xanım
Prezident,
Nepal Federativ Demokratik Respublikasının
milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Ölkələrimiz arasındakı ikitərəfli
münasibətlərin, beynəlxalq
təsisatlar, xüsusən
də Qoşulmama Hərəkatı çərçivəsində
əlaqələrin inkişafı
üçün yaxşı
imkanlar mövcuddur.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir,
dost xalqınıza daim
rifah və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 sentyabr 2020-ci il.
Azərbaycan.- 2020.-19 sentyabr.- S.1.