Birinci vitse-prezident Mehriban
Əliyeva rəsmi “Instagram” səhifəsində
Milli Musiqi Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
"Milli Musiqi Günü
münasibətilə Azərbaycan musiqisinin
qorunub saxlanılması, inkişaf
etdirilməsi və dünyada
tanıdılması naminə əlindən gələni əsirgəməyən
hər kəsə səmimi təbriklərimi yetirir,
onlara bu işdə böyük uğurlar və
nailiyyətlər arzulayıram. Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli
Azərbaycan bəstəkarları Üzeyir
Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla
yad edirəm. Arzu edirəm
ki, milli musiqimiz öz ənənələrini
qoruyub saxlayaraq yeni səslərlə, yeni
ifalarla və yanaşmalarla
daim zənginləşsin!”.
Azərbaycan.- 2020.-19 sentyabr.- S. 1.