Karantin rejiminin
ləğvi də mümkün ola
bilər
Bu həssas
məqamda daha diqqətli davranaraq, sağlamlığımıza təhlükə
olmayan normal həyata qayıdışı sürətləndirməliyik
Ötən il dekabrın 31-də Çin
hökuməti Hubey əyalətinin Uhan şəhərində naməlum
pnevmaniyanın yayılmağa
başlaması barədə
Ümumdünya Səhiyyə
Təşkilatına məlumat
verib və mütəxəssislər həmin
xəstəliyə yeni
növ koronavirusun səbəb olduğunu müəyyənləşdiriblər.
Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən COVID-19 adlandırılan virus infeksiyası
martın 11-də pandemiya
elan edildi. Artıq həmin
vaxtdan yarım ildən çox müddət keçməsinə
baxmayaraq, koronavirus addım-addım dünyanı
zəbt etməkdə,
gözlənilənin və
arzuolunanın əksinə
yoluxma zəncirini və ölüm sayını sürətlə
artırmaqda davam edir.
BMT-nin Baş katibi Antonio Quterreş son mətbuat konfransında bildirib ki, koronavirus epidemiyası nəzarətdən
çıxıb: "COVID-19 pandemiyasının yaratdığı
böhran həyatımızdakı
digər böhranlardan
tam fərqlidir. Bu baxımdan Baş Assambleyanın bu il keçiriləcək iclası digər toplantılardan fərqli olacaq”.
O bildirib ki, tezliklə bəşəriyyətdə koronavirusdan
ölən insanların
sayı 1 milyonu keçəcək: "Koronavirus
müasir dünyada sağlamlığımız üçün
birnömrəli təhlükədir.
Yalnız COVID-19-a qarşı vaksin pandemiyanın yaratdığı böhranı
aradan qaldırmayacaq”.
Baş katibin sözlərinə görə, çoxları
ümidini vaksinə bağlasa da, hazırda pandemiyanın qarşısını alacaq,
gözləntiləri doğruldacaq
vaksin əldə edilməyib. Antonio Quterreş
yaxın 12 ay ərzində
müalicəyə kömək
edəcək, infeksiyanın
yayılmasının qarşısını
ala biləcək vasitələrdən
istifadənin əhəmiyyətli
dərəcədə vacib
olduğunu vurğulayıb.
COVID-19-un sərhəd tanımadığını qeyd
edən Baş Katib diqqətə çatdırıb ki, bu gün hər
kəs üçün
əlçatan bir vaksinə ehtiyacımız
var.
Hələlik vaksinlə bağlı tam
nəticələr əldə
edilmədiyinə görə,
təhlükədən qorunmağın
digər üsullarından
istifadə etməyə
məcburuq. Virus hava-damcı
yolu ilə insandan-insana keçdiyi üçün əsas şərt sosial izolyasiya qaydalarına əməl etmək, maska taxmaq və
gigiyena qaydalarına riayətdir.
Qəbul edilən
qərarların arxasında
əhalinin sağlamlığı
və rifahının
təmini dayanıb
Azərbaycanda koronavirusun
yayılmağa başladığı
ilk zamandan etibarən ona qarşı effektiv tədbirlərə
start verilib, vətəndaşların
həyatı, sağlamlığı
prioritet məsələ
kimi önə çıxarılıb. Pandemiya ilə
mübarizədə qəbul
edilən bütün
qərarların arxasında
məhz əhalinin sağlamlığı, rifahı,
təhlükəsizliyinin etibarlı
təmini dayanıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında
qlobal bəlaya qarşı həyata keçirilən operativ, məqsədyönlü tədbirlər
infeksiyanın yayılmasını
məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti
nəzarətdə saxlamağa
imkan verib, kütləvi yoluxmanın
qarşısını alıb. Məhz dövlət
rəhbərinin tapşırığı
altında pandemiyaya qarşı vaxtında görülmüş preventiv
tədbirlər sayəsində
Azərbaycan dünyanı
bürümüş virusa
qarşı mübarizədə
nümunəvi ölkələr
sırasında qərarlaşıb.
Müsbət dinamikanın
tendensiya halını
alması məhdudiyyətləri
aradan qaldırır
Ölkədəki sanitar-epidemioloji vəziyyətin
təhlilinə əsaslanaraq
zamanında tətbiq edilən karantin rejimi və müəyyən məhdudiyyətlər
hazırda koronavirusa yoluxma sayında əldə olunan nailiyyətlərə birbaşa
stimul verib.
Eyni zamanda müsbət dinamikanın tendensiya halını alması pandemiya ilə bağlı tətbiq olunan xeyli məhdudiyyətin
aradan qaldırılmasına
səbəb olub, avqustun 5-dən etibarən
sərt karantin rejimində yumşaldılmalara
start verilib. Demək olar ki, əksər
iş sahələri fəaliyyətini bərpa
edib, rayonlararası gediş-gəliş bərpa
olunub. Ən ümdəsi isə
ölkə üzrə
bütün təhsil
müəssisələri pandemiya
şərtlərinə uyğunlaşdırılmış
formada fəaliyyətə
başlayıb.
Təbii ki, ölkədəki sanitar-epidemioloji vəziyyətin
təhlilinə uyğun
olaraq, sentyabrın
30-dək müəyyən məhdudiyyətlər hələ
də qüvvədə
saxlanılıb.
Amma infeksiyaya yoluxma halları ilə bağlı vəziyyətdən
asılı olaraq karantin rejiminin tamamilə aradan qaldırılması da mümkündür, əks
təqdirdə isə,
sərtləşdirmələrin tətbiqi qaçılmaz
olar.
Xüsusilə də, yoluxma sayında müşahidə
olunan müsbət dinamika, sağalanların sayının yüksək
olması əhali arasında virusun yox olması kimi yanlış fikirlərə yol açmamalıdır.
COVID-19-la mübarizənin tam təsirli
olması həm də vətəndaş məsuliyyətinə bağlıdır
Təbii ki, ölkədə koronavirusla bağlı bu kimi halların
yaşanması arzuolunmazdır,
şəhər və
rayonlarımızda bütün
sahələrdə epidemioloji
vəziyyətin tələblərinə
ciddi əməl olunması mütləqdir.
COVID-19-la aylardır
respublikamızda aparılan
mübarizənin tam təsirli
olması həm də birbaşa vətəndaş məsuliyyətinə
bağlıdır. Mütləq
şəkildə tənəffüs
yollarını qoruyan
fərdi vasitələrdən
istifadə etməli, insanlar arasında ara məsafəsinə
dair tələblərə
əməl etməli və pandemiyanın digər şərtlərini
pozmamalıyıq.
O da həqiqətdir ki, dövlətimiz tərəfindən
görülən zəruri
tədbirlər, əhali
tərəfindən qoyulan
qaydalara əməl edilməsi sayəsində
hazırda karantin rejiminin tamamilə ləğvinin bir addımlığındayıq. Bu həssas məqamda
daha da diqqətli
davranıb, sağlamlığımız
üçün heç
bir təhlükə olmayan normal həyata qayıtmağa çalışmalıyıq.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.- 19 sentyabr.- S.1; 4.