Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla İran arasında siyasi, iqtisadi, mədəni, energetika və digər sahələrdə dostluqqonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində hər iki ölkədə həyata keçirilən tədbirlər müzakirə edilib. Eyni zamanda, pandemiya dövründə Azərbaycanla İran arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, o cümlədən "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.- 19 sentyabr.- S.4.