Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı
icmasının təmsilçiləri diplomatik
nümayəndəliklərlə görüşləri davam etdirirlər
Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-17-də icma Xorvatiyanın səfiri Branko Zebiç, Çexiyanın səfiri Milan Ekert, Macarıstanın səfiri Viktor Szederkenyi və Latviyanın səfiri Dainis Qarançs ilə görüşlər keçirib.
Görüşlər zamanı icmanın nümayəndələri Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşdırma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıblar.
İcmanın
nümayəndələri təcavüzkar Ermənistanın
torpaqlarımızın işğalına son
qoyması, qaçqın və məcburi köçkün
əhalimizin öz doğma
yurd-yuvasına qayıtması üçün
beynəlxalq təşkilatların Ermənistana təzyiq
göstərməsinin vacibliyini bildiriblər.
Azərbaycan.-
2020.- 19 sentyabr.- S.4.