Rəcəb Tayyib Ərdoğan: “Ermənistanın Azərbaycan torpaqlarına
hücumlarının qarşısının alınmaması
dünyada riyakarlığın əsl
nümunəsidir”
Suriya, Liviya, Yəməndə hələ də davam edən humanitar böhranlarla bağlı riyakarlığını və prinsipsizliyini sübut edən ölkələrin dünyaya haqq-ədalət verə bilməyəcəyini bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün addımın atılmaması bunun əsl nümunələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin onun sədrliyi ilə keçirilən növbəti iclasından sonra xalqa müraciətində bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin heç
kəsin torpağında gözü yoxdur. Türkiyə öz
hüquq və haqlarını sonadək
müdafiə edəcək.
Azərbaycan.-
2020.-22 sentyabr.- S.3.