Mən Azərbaycan adından çıxış edirəm!"
İlham Əliyev BMT-nin tribunasını Azərbaycanın
tribunasına çevirdi
Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli, videoformatda keçirilən iclasındakı çıxışının ikinci hissəsinə bu sözlərlə başladı: "İndi mən Azərbaycan adından çıxış edirəm!”
Son dərəcə qürurverici, iftixardoğurucu sözlərlə!
Əslində İlham Əliyevin nitqinin bu hissəsi adi çıxış yox, ali tribunadan Ermənistanın, həm də indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmayanların, daha doğrusu, mane olanların, artıq faşistləşmiş dövlətə havadarlıq edənlərin açıq, qətiyyətli və cəsarətli ifşası idi!
Ermənistanı ərköyünləşdirən, bütün şıltaqlıqlarına dözümlülük göstərən, başını sığallayan, cibinə pul qoyan, əlinə silah verənlərin riyakar əməllərinin ifşası!
Bu, xalqının dəstəyinə, dövlətinin ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinə, yaratdığı güclü iqtisadiyyata və qüdrətli orduya güvənən böyük rəhbərin, Ali Baş Komandanın atacağı növbəti addımlar qabağı ciddi xəbərdarlıqları da sayıla bilər!
Daha Azərbaycanın haqqın-ədalətin öz yerini tutacağına olan inamının, mənasız və məntiqsiz danışıqlarda iştirak etmək üçün səbrinin, indiyədək Ermənistana bir dəfə işğalçı deməyərək "tarazlaşdırma” siyasəti yolunu tutanlara göstərilən dözümünün tükəndiyinin, Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə göz yumanların ikibaşlı oyunlarına baxmaqdan yorulduğunun bəyanı idi!
Artıq bıçaq sümüyə dirənib!
İLHAM ƏLİYEVİN İFŞA
HƏDƏFLƏRİ
Biz daim Prezidentimizin söylədiyi dərin məzmunlu, güclü məntiqə söykənən, səlis, rəvan, birbaşa hədəfi vuran nitqlərini böyük diqqət və məhəbbətlə dinləmişik!
Bu nitqin sinədəftər söylənilməsi bizə xüsusi zövq, ləzzət verib!
İlham Əliyevin Ulu Öndərə xas kompüter yaddaşına, hətta nitqinin bir neçə saat davam etdiyi vaxtlarda da belə kiçik bir yanlışlığa, redaktəyə ehtiyacı olan cümləyə yol vermədiyinə heyran qalmışıq!
Prezidentimizin son dövrlərdəki nitq və müsahibələri isə məzmun, dəqiqlik və dürüstlük, məntiqlilik baxımından heyranedicidir!
Bu dəfə İlham Əliyev çıxışını yazdığı mətndən oxuyurdu.
Bu, zərurətdən yaranmışdı, ayrılan müddətdə demək istədiklərinin hamısını söyləyə bilmək zərurətindən!
Hamımızın ürəyindən tikan çıxaran təkcə Prezidentimizin nitqindəki sərtlik, qətiyyət, ifşaedici mahiyyət və hədəfi dəqiq vurma məharəti deyildi.
Əslində İlham Əliyev çıxışı müddətində BMT-nin ali tribunasını Azərbaycanın tribunasına, Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirən kürsüyə çevirmişdi!
Bunu isə hər siyasətçi, hər diplomat, hər dövlət xadimi, hər rəhbər bacarmır!
Azərbaycan Prezidenti bu tribunadan
forpost Ermənistanın
hansı əməllərini
ifşa etdi?
Bu məqamda diqqəti İlham Əliyevin nitqindən gətirdiyimiz sitatlara çəkmək istəyirik:
* "Bütün
üzv dövlətlər
BMT Nizamnaməsinə qoşulmaqla
hər hansı bir ölkənin siyasi müstəqilliyinə
və ərazi bütövlüyünə qarşı
güclə hədələməkdən
və gücün tətbiqindən çəkinmək
öhdəliyini götürmüşlər. Lakin Ermənistan
öz öhdəliklərini
kobud şəkildə
pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir”.
* "BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan
silahlı qüvvələrinin
işğal edilmiş
Azərbaycan torpaqlarından
tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edir. Təəssüflər olsun ki, Ermənistan
hələ də bu qətnamələrə
məhəl qoymamaqda davam edir”.
* "Ermənistan
işğal olunmuş
ərazilərdə azərbaycanlı
əhaliyə qarşı
etnik təmizləmə
həyata keçirmişdir”.
* "Ermənistan
Xocalı soyqırımını
törətmişdir”.
* "Ermənistan
işğal olunmuş
ərazilərdə beynəlxalq
hüquq normalarını
kobud şəkildə
pozaraq qanunsuz məskunlaşdırma siyasəti
həyata keçirir”.
* "Ermənistan
işğal olunmuş
ərazilərdə Azərbaycan
xalqına məxsus tarixi və dini abidələri məhv edib”.
* "Ermənistan
qoşunların təmas
xətti və Ermənistan-Azərbaycan sərhədi
boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir”.
* "Ermənistan
sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan
sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə
məruz qalması nəticəsində hərbçilərimiz
və bir mülki şəxsimiz öldürüldü, mülki
infrastruktura ciddi zərər vuruldu”.
* "Ermənistanın
baş naziri
ATƏT-in Minsk qrupunun həmsədrlərinin
vasitəçiliyi ilə
aparılan danışıqların
format və mahiyyətini
məqsədyönlü şəkildə
pozur”.
* "Onun
"Qarabağ Ermənistandır”
bəyanatı danışıqlar
prosesinə ciddi zərbədir”.
* "O, (Ermənistanın
baş naziri - B.S) danışıqlar prosesində
əsassız şərtlər
irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş
qəbuledilməz "yeddi
şərti” tərəfimizdən
rədd edilmişdir”.
* "Ermənistanın
baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda
iştirak etməyə
məcbur ediləcək
on minlərlə mülki
vətəndaşdan ibarət
silahlandırılmış mülki könüllülər
dəstələrinin yaradılmasını
elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin
yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş
etdirir”.
* "Ermənistanın
müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.
* "Nasizmin
şöhrətləndirilməsi Ermənistanın dövlət
siyasətidir”.
* "Mənfur
nasist general Qaregin Njde milli qəhrəmana
çevrilib”.
* "Ermənistan
bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik
strategiyası qəbul
edib. Milli təhlükəsizlik strategiyasında irqçi,
şovinist və Azərbaycanofob fikirlər
əks olunub”.
İLHAM
ƏLİYEVİN DƏYİŞMƏZ
PRİNSİPLƏRİ
İlham Əliyev
BMT-nin tribunasından dəyişməz prinsiplərini
əks etdirən
"Azərbaycan bir qarış torpağını
da düşmənə
güzəştə getməyəcəkdir”,
"Azərbaycan öz
ərazisində ikinci
erməni dövlətinin
yaradılmasına yol
verməyəcəkdir” mövqeyini
də bir daha qətiyyətlə səsləndirdi: "Ermənistan-Azərbaycan
münaqişəsi Azərbaycanın
ərazi bütövlüyünün
çərçivəsində və BMT Təhlükəsizlik
Şurasının qətnamələri
əsasında həll
edilməlidir”.
Bunları söyləməklə
İlham Əliyev əslində dünya ictimaiyyətinə iki mesajını da çatdırdı:
"Təcavüzkar
ritorika və təxribatlar Ermənistanın
Azərbaycana qarşı
yeni təcavüzə
hazırlaşdığını nümayiş etdirir”.
"Biz BMT-ni
və beynəlxalq istimaiyyəti Ermənistanı
növbəti hərbi
təcavüzdən çəkindirməsinə
dəvət edirik”.
Bu xəbərdarlıqlar
düşmənin başlayacağı
yeni müharibə qorxusundan doğmurdu!
Əksinə, güclü
dövlətə, orduya
arxalanan Ali Baş Komandanın ultimatumu sayıla bilərdi!
Həm də sabah düşmən
qoşunlarını torpağımızdan
hərbi vasitələrlə
qovub çıxaranda
bizə "Münaqişənin
sülh yolu ilə həllindən başqa variant yoxdur” çağırışını etməyin” xəbərdarlığı
idi!
Bu gün xalqına, ordusuna, Türkiyə kimi dostuna və qardaşına arxalanan İlham Əliyev ən qətiyyətli addımlar atmaq niyyətindədir!
Və bunu heç kəsdən gizlətmir!
Bəli, Azərbaycan
torpaqlarının işğaldan
azad olunmasına xidmət edən müharibəyə tam hazırdır!
Bu istək əslində Azərbaycan
xalqının müqəddəs
arzusu və istəyidir!
Xalq bu yolda öz rəhbəri
və Ali Baş Komandanı ətrafında
yumruq kimi birləşib!
Hamı çox
gözəl anlayır
ki, bu niyyəti
ancaq cənab İlham Əliyev gerçəyə çevirə
bilər!
Yalnız İlham
Əliyev!
Odur ki, xalq öz Prezidentini
sevir, ona arxalanır, müdafiə
edir, ümid və inamla baxır!
SON
XƏBƏRDARLIQ
İLHAM
ƏLİYEV ARTIQ MÜHARİBƏNİN QAÇILMAZ
OLDUĞUNU BƏYAN ETMƏKLƏ:
* mənasız
və Ermənistanın
şıltaqlıqlarının əsiri olan danışıqlara...
* "Qarabağ Ermənistandır” sərsəmləməsinə...
* "yeni müharibə, yeni ərazilərin işğalı”
hədəsinə;
* Dağlıq Qarabağı Ermənistana
birləşdirmək cəhdinə...
* Azərbaycana məxsus təbii sərvətlərin sistemli
şəkildə talanına...
* Azərbaycan torpaqlarında xaricdən gətirilən erməni ailələrinin və terrorçuların yerləşdirilməsinə...
* Azərbaycan xalqına məxsus dini, mədəni və tarixi abidələrin məhvinə,
yer adlarının dəyişdirilməsinə və
ərazilərin erməniləşdirilməsinə
son qoyan...
* işğaldakı
torpaqları faşistpərəst
qüvvələrdən və
terrorçulardan təmizləyən...
VƏTƏN
MÜHARİBƏSİNƏ TAM HAZIR OLDUĞUMUZUN ANONSUNU
VERDİ!
İndi hər şey aqressivləşən
Ermənistandan, 28 ildir
sülhyaratma missiyası
adı ilə baş qatan ATƏT-in Minsk
qrupundan, qətnamələri
kağız üzərində
qalan BMT Təhlükəsizlik
Şurasından asılıdır!
Bütün dünya
bilir: İlham Əliyev sözünün
sahibidir!
İlham Əliyev
dediyini edəndir!
Budəfəki xəbərdarlığını
isə BMT-nin tribunasından etdi!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2020.-23 sentyabr.- S.1; 4.