Azərbaycanda təhsil və mədəniyyətin
inkilşafı istiqamətində mühüm
addımlar atılır
Sentyabrın 22-də Bakının
Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki
Gülarə Əliyeva
adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin
yeni binası istifadəyə verilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Birinci vitse-prezident
Mehriban Əliyevaya məlumat verildi ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində
yaradılıb, 1940-cı ildən
5 nömrəli Uşaq
Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət
Məktəbi kimi fəaliyyət göstərməyə
başlayıb.
Bildirildi ki, məktəbin ikimərtəbəli binası
qəzalı vəziyyətdə
olduğundan Heydər
Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən,
25 sinif otağından,
rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı
və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə
110 müəllim fəaliyyət
göstərir. Uşaq İncəsənət
Məktəbində rəqs
və rəsm dərsləri qrup şəklində, digər
ixtisaslar fərdi tədris olunur.
İndiyədək məktəbin
35-dən çox şagirdi
beynəlxalq müsabiqələr
üzrə laureat adına layiq
görülüb, 70-ə yaxın
şagird isə respublika müsabiqələrində
yüksək yerlər
tutub. Gülarə Əliyeva adına
3 nömrəli Uşaq
İncəsənət Məktəbinin
bir sıra tanınmış məzunları
da var.
Qeyd edək ki, bu
gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı
istiqamətində mühüm
addımlar atılır,
elm və mədəniyyət
xadimlərinə xüsusi
diqqət göstərilir. Heydər Əliyev
Fondu bu işə önəmli töhfələr verir.
Ölkəmizə tanınmış
incəsənət xadimləri
bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli
Uşaq İncəsənət
Məktəbi üçün
ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu
sahəyə göstərdiyi
diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan.- 2020.- 23 sentyabr.- S. 1; 2.