Uğurla reallaşan
qlobal liderlik missiyası
Azərbaycan indiyədək
dünyanın ən ali təşkilatı
olan BMT səviyyəsində
bir neçə dəfə möhtəşəm
uğura imza atıb. 2012-2013-cü illərdə
respublikamızın 155 dövlətin
dəstəyini qazanaraq
bu təşkilatın
Təhlükəsizlik Şurasının
(TŞ) üzvü kimi
təmsil olunması, Prezident İlham Əliyevin sədrliyi ilə TŞ-nin yüksəksəviyyəli iclasının
keçirilməsi Azərbaycanın
tarixi və diplomatik nailiyyətləri
idi. Bütün bunlar həm
də dövlətimizin
rəhbərinin yüksək
beynəlxalq nüfuzunun
göstəricisi kimi tarixə düşüb.
Qlobal miqyasda yüksək ehtiram və siyasi imicin təzahürü
BMT Baş Assambleyasının 75-ci Sessiyası
çərçivəsində sentyabrın 21-də keçirilən
BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli
İclas bir daha Prezident İlham Əliyevin qlobal miqyasda dərin hörmətə
və yüksək siyasi imicə malik liderlərdən olduğunu göstərdi.
Belə ki, 182 ölkə arasında Azərbaycanın dövlət
başçısının sayca altıncı çıxış etməsi
Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət
başçısı, həm
də Qoşulmama Hərəkatının sədri
kimi beynəlxalq səviyyədə göstərilən
ehtiram və etimadın təzahürü
idi. Bəli, Azərbaycan Prezidenti
bu dəfə tək ölkəmizin deyil, həm də dünyanın ikinci ən böyük təşkilatını
- 120 dövlətin üzv
olduğu Qoşulmama Hərəkatını təmsil
edirdi.
Qeyd edək ki, digər
təşkilatlarla müqayisədə
Azərbaycanın Qoşulmama
Hərəkatında üzvlüyü
nisbətən yenidir. Respublikamız Qoşulmama Hərəkatına
2011-ci ildə tamhüquqlu
üzv olmaq qərarını verib.
Üzv olduğu nisbətən qısa müddət ərzində Bakı özünün müstəqil
və qətiyyətli
xarici siyasəti, üzv dövlətlərlə
tərəfdaşlıq prinsiplərinə
əsaslanan münasibətləri
sayəsində təsisat
daxilində böyük
nüfuz və etimad qazanıb. Buna görədir ki, Hərəkata üzv ölkələrin
dövlət və hökumət başçılarının
18-ci Zirvə toplantısı
Bakıda keçirilib,
sədrlik isə Azərbaycana keçib.
Sədrliyin ölkəmizə keçməsi
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu siyasət
Azərbaycan xalqının
milli mənafeləri,
müxtəlif dinlər
və mədəniyyətlər
arasında dialoq, dünyada sülh və sabitliyin bərqərar olunmasına
töhfə verməklə
dövlətlərarası qarşılıqlı hörmət
və anlaşmanın,
habelə əməkdaşlığın
təşviq edilməsi
üzərində qurulub.
Reallıq ondan ibarətdir
ki, Azərbaycan hərəkatda sədrliyi
ilə fəaliyyətini
Bandunq prinsipləri üzərində quracaq.
Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə
hörməti, dövlətlərin
daxili işlərinə
qarışmamağı, qarşılıqlı
maraqların qorunması
və əməkdaşlığın
təşviqini ehtiva edən bu məsələlər
Azərbaycanın xarici
siyasətinin təməl
prinsipləri ilə də üst-üstə düşür.
Azərbaycan Prezidenti
BMT Baş Assambleyasının
gündəliyinin formalaşmasına
nail olur
Çoxtərəfli diplomatiyanın təşviq
edilməsi, üzv dövlətlər arasında
əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi İlham
Əliyev tərəfindən
Azərbaycanın Qoşulmama
Hərəkatında rəhbərliyinin
prioritetlərindən biri
kimi müəyyən
edilib. Azərbaycan Prezidenti Qoşulmama
Hərəkatına sədrliyini
layiqincə həyata keçirir, yüksək beynəlxalq siyasi nüfuzu ilə təşkilatı qlobal problemlərlə mübarizədə
uğurla səfərbər
edir. Hələ
may ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə
hərəkatın "COVID-19-a qarşı birlikdəyik”
mövzusunda Zirvə görüşünün keçirilməsi
bunu təsdiq edir.
Lakin dövlət başçısı bununla
kifayətlənmədi və
yenə də özünün siyasi nüfuzu ilə Qoşulmama Hərəkatının
sədri kimi bu ilin iyul
ayında BMT Baş Assambleyasının Xüsusi
sessiyasının keçirilməsinə
nail oldu. 130-a qədər dövlət tərəfindən Qoşulmama
Hərəkatının sədri
statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının
Xüsusi sessiyasının
keçirilməsi barədə
təşəbbüsünün dəstəklənməsi dövlətmizin
rəhbərinin yüksək
beynəlxalq nüfuzunun
növbəti təcəssümü
kimi tarixiləşdi.
Bu təşəbbüsün
dəstəklənməsi həm
də onu göstərdi ki, İlham Əliyev Qoşulmama Hərəkatının
sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə
və müvəffəqiyyətlə
həyata keçirir.
Dünya dövlətlərinin
üçdə ikisini
əhatə edən bir təsisata uğurlu rəhbərliyi ilə İlham Əliyev BMT Baş Assambleyasının gündəliyinin
formalaşmasına nail olur.
BMT Baş
Assambleyasının nizamnaməsinə
əsasən, ehtiyac duyulduğu təqdirdə
xüsusi sessiyalar keçirə bilər. Belə sessiyalar
BMT Təhlükəsizlik Şurasının
və ya BMT-yə üzv ölkələrin çox
hissəsinin müraciəti
əsasında Baş
katib tərəfindən
çağırılır. BMT yaranandan indiyə
qədər Baş Assambleyanın qlobal problemlərlə bağlı
məhdud sayda xüsusi sessiyaları çağırılıb. İlham Əliyevin təşəbbüsü
ilə çağırılan
Xüsusi sessiyanın
BMT tarixində sayca
31-ci olması bunu təsdiq edir.
BMT Təhlükəsizlik Şurasında
islahatların aparılması
zamanın tələbidir
Azərbaycan xarici siyasətdə BMT ilə əlaqələrin
inkişafına mühüm
önəm verir. Bununla yanaşı, ölkəmiz
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnamənin hələ
də yerinə yetirilmədiyini hər zaman diqqətdə saxlayır və onların həyata keçirilməsində işlək
mexanizmin yaradılmasını
ümdə məsələ
kimi irəli sürür.
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qətnamələri
27 il əvvəl
qəbul olunsa da, hələ də icra olunmayıb.
Halbuki ötən müddətdə
təşkilatın digər
qərarları vaxtında
icra olunub. Azərbaycana
qarşı bu haqsızlıq təəssüf
doğurmaqla yanaşı,
ölkə ictimaiyyətində
dünyanın bu mötəbər təşkilatına
etimadı da azaldır. Azərbaycan tərəfi dəfələrlə
bu məsələni gündəliyə gətirib
və qərarların
dərhal icra olunması üçün
BMT-də islahatların
keçirilməsinin zəruriliyini
bildirib.
Bütövlükdə İlham Əliyevin çıxışı bir
daha təsdiq etdi ki, Azərbaycan
Prezidenti BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin
təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi
uğurla icra edir. Ən əsası Azərbaycan
Prezidenti nüfuzu və siyasi işgüzarlığı ilə
həm rəhbəri olduğu hərəkatı
qlobal problemlərin həllinə səfərbər
edir, həm də BMT-nin fəaliyyətinə layiqli
töhfə verir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2020.-23 sentyabr.- S.4.