İlham Əliyev qlobal layihələrini yeni çağırışlara uyğun reallaşdırır
Prezident Azərbaycanın postpandemiya
dövründə ən hazırlıqlı dövlətlər
sırasına yüksəlməsi üçün
bütün imkanları dəyərləndirir
Qlobal böhran dünya iqtisadiyyatına böyük zərbə vurmaqda davam edir. Aparıcı maliyyə təşkilatları bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha ağır olacaq. Neftin qiymətinin də aşağı düşməsi faktını nəzərə alsaq qarşıdakı dövrdə ciddi qlobal iqtisadi böhranın yaşana biləcəyini söyləyə bilərik. Ona görə də əksər dövlətlər postpandemiya dövrü üçün hazırlıqlara başlayıblar. İqtisadiyyatın dayanıqlığının qorunub saxlanması istiqamətində proqramlar, layihələr hazırlanır, islahatlar aparılır.
Həyata keçirdiyi iqtisadi islahatlarla möhkəm iqtisadi baza formalaşdıran Prezident İlham Əliyev də bu istiqamətdə mütərəqqi qərarlar qəbul etməkdədir. Dövlət başçısının son aylarda iqtisadiyyatın liberallaşdırılması istiqamətində verdiyi qərarlar, yaratdığı yeni iqtisadi qurumlar ölkəmizin postpandemiya dövründə hərtərəfli inkişafını şərtləndirəcək mütərəqqi addımlardır.
İqtisadi azalma fonunda reallaşan layihələr
Bu bir həqiqətdir ki, qlobal böhran ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təxminən 20-30 faiz həddində mənfi təsir etdiyi halda, Azərbaycan iqtisadiyyatında cəmi 2,8 faiz azalma var. Bu azalma fonunda ölkədə heç bir sosial layihə təxirə salınmayıb. Hətta əvvəlki illə müqayisədə bu il daha çox layihələr reallaşdırılıb.
Dövlət pandemiyanın fəsadlarına, neft gəlirlərimizin azalmasına baxmayaraq, heç bir sosial layihəni ixtisar etməyib. Bununla yanaşı, həm pandemiya ilə mübarizə tədbirləri davam etdirilib, həm də bu dövrdə vətəndaşlara böyük sosial paket təqdim edilib. Bu il 5 milyona yaxın vətəndaş dövlət tərəfindən dəstəklənib və bu proses indi də davam etdirilir. Yəni iqtisadiyyatdakı fəallığın azalmasına baxmayaraq, reallaşdırılan sosial layihələr bir daha Azərbaycanın sosial dövlət olduğunu təsdiqlədi.
Bununla yanaşı, Azərbaycan regionda transmilli layihələrin həyata keçirilməsində mühüm rol oynamaqda davam edir. İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və Azərbaycanın iştirakı ilə reallaşan layihələrdə ölkəmiz üzərinə düşən öhdəlikləri böhran şəraitində də davam etdirir.
Sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra jurnalistlərə müsahibə verən İlham Əliyev bir daha bu məsələlərə toxunaraq, Azərbaycanın gördüyü işləri dəyərləndirdi. Layihələrin icrasının uğurla getdiyini söyləyən Prezident dedi ki, ölkəmizin əsas gəlir mənbəyi "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarıdır.
Orada işlər plan
üzrə gedir. İndi "Mərkəzi-Şərqi Azəri”
adlanan yeni layihə icra edilir. Bu layihənin
dəyəri təqribən
7 milyard dollara yaxındır. Bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat
artacaq və təbii ki, enmənin kompensasiyasını
təmin edəcək.
Hazırda "Şahdəniz-2”
layihəsi icradadır. TANAP xətti ilə Türkiyəyə ötürülən
qazın həcmi ildən-ilə artır.
Əgər bir il bundan
əvvəl Türkiyə
bazarında Azərbaycan
qazı 4-cü, 5-ci yerdə
idisə, hazırda birinci yerdədir. Bu, həm ölkəmiz,
həm də Türkiyə üçün
çox önəmlidir.
Prezident bildirdi ki, "Abşeron” yatağında
ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə
ötürüləcək və digər bazarlara ötürülə
bilər. Eyni zamanda
"Qarabağ” yatağının
işlənilməsi ilə
əlaqədar işlər
plan üzrə gedir:
"Hazırda burada gördüyümüz dayaq
bloku dənizə göndəriləcək və
ümid edirəm ki, bir, iki
ildən sonra "Qarabağ” yatağından
ilk neft hasil olunacaq. Bu yatağın
özəlliyi odur ki, orada neft
ehtiyatları daha çoxdur və bizim hasilatımızın
sabit saxlanması üçün bunun böyük əhəmiyyəti
var. Digər çox perspektivli layihə "Dayazsulu Abşeron” adlanır və bu layihənin də perspektivi çox böyükdür.
Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm
ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik”.
Azərbaycanın bundan sonra da
etibarlı qaz təchizatçısı olacağını
vurğulayan Prezident diqqətə çatdırdı
ki, "Abşeron”un birinci mərhələsində
çıxarılacaq qaz
daxili tələbatlara
istiqamətləndiriləcək. Çünki buna da ehtiyac
var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac
yolu ilə dünya bazarlarına çıxarılacaq.
Postpandemiya dövründə
iqtisadi tərəqqiyə
yol açan qərarlar
Bu gün hazırkı əlverişsiz
qlobal mühitdə əhalinin sosial rifahının səviyyəsinin
aşağı düşməsinə
imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın
artım tempinə
nail olmaq zərurəti
yaranıb. Bütün
bunları nəzərə
alan cənab
İlham Əliyev milli iqtisadi inkişaf qarşısında
duran strateji çağırışlara adekvat
cavabın verilməsini
təmin etmək məqsədilə qarşıya
yeni vəzifələr
qoyub. Bu isə
əlbəttə ki, ölkə iqtisadiyyatının
tərəqqisi və
gələcəyi üçün
böyük əhəmiyyətə
malikdir.
İslahatçı Prezident kimi tanınan cənab İlham Əliyev imzaladığı fərman
və sərəncamlarla
postpandemiya dövründə
sosial-iqtisadi sferada islahatların vahid mərkəzdən əlaqələndirilməsi
sistemini yaradır. "Sumqayıt Kimya Sənaye Parkı”nın nəzdində Peşə
Təhsil Mərkəzinin
açılışı zamanı postpandemiya dövrünə hazırlıqlarla
bağlı görülən
işlərdən söz
açan dövlət
başçısı bildirdi
ki, qeyri-neft sənayesinin inkişafı
hər zamankı kimi prioritet olaraq qalır. Dövlət başçısı
bu gün Azərbaycanın bütün
sahibkarlar üçün
əlverişli məkan
olduğunu söylədi
və həm yerli, həm də xaricdə yaşayan azərbaycanlı
iş adamlarını
ölkəmizə sərmayə
yatırmağa dəvət
etdi.
Prezident dedi ki, Azərbaycanda sahibkarlar üçün
yaradılan əlverişli
biznes mühiti hər zaman xarici investorların ölkəmizə marağını
artırıb və bu gün də
proses davam etməkdədir. Eləcə
də dəfələrlə
yerli investorları istiqamətləndirən cənab
İlham Əliyev onların Azərbaycana investisiya yatırmaları
üçün çağırışlar
edib: "Mən çıxışımda xaricdə
yaşayan azərbaycanlı
iş adamlarına da müraciət edirdim ki, onlar
da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir
və onlar hər zaman Azərbaycanın dəstəyini
görürlər, güclü
Azərbaycan onların
da gücünü artırır. Ona görə
azərbaycanlılar müxtəlif
ölkələrdə iqtisadiyyat,
kommersiya, biznes sahələrində böyük
uğurlar əldə
ediblər. Onlar da öz vətəninə
vəsait qoymalıdırlar,
öz vətəni ilə daim əlaqə
saxlamalıdırlar, öz
uşaqlarını Azərbaycan
dəyərləri əsasında,
milli ruhda tərbiyə etməlidirlər
ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi
yaşatsınlar”.
Prezident vurğuladı ki, əgər bütün bu amillər düzgün istiqamətə
səfərbər edilsə,
onda Azərbaycana investisiya axını dayanmayacaq. Çünki bu gün dünyada yaşanan, pandemiya nəticəsində
dərinləşən böhran
bir çox şirkətlərə mənfi
təsir göstərib.
Ancaq məhz bu şəraitdə
belə addımlar atılmalıdır ki, Azərbaycan postpandemiya dövrünə ən hazırlıqlı ölkələr
sırasına yüksəlsin
və vaxt itirmədən yeni inkişaf dinamikasına
sahib olsun.
İnvestorlardan Prezidentin
çağırışına dəstək
Hər zaman yerli və
xarici investorlar üçün əlverişli
məkan olan Azərbaycanda sahibkarlar üçün böyük
imkanlar yaradılır. Ölkəmizə investisiya yatırmaq istəyən hər bir şirkətə sənaye parklarında rezident statusu verilir, eyni zamanda,
investorlara dövlət
tərəfindən kömək
göstərilir, güzəştli
kreditlər ayrılır.
İnvestorlar müəyyən müddətdə vergilərdən
azad edilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentin çağırışından sonra sahibkarlardan reaksiyaların olduğunu deyib. Həm Azərbaycanda,
həm də xaricdə fəaliyyət göstərən iş adamları ölkəmizdə
müxtəlif sahələrə
investisiya yatırmağa
hazır olduqlarını
bildiriblər. Xatırladaq ki,
cənab İlham Əliyev bir müddət öncə
rayon icra hakimiyyəti
başçılarına da
tapşırıqlar verərkən
bu məsələyə
toxunmuşdu. Bildirmişdi
ki, hər bir icra hakimiyyəti
başçısı rayonun
iqtisadi potensialı ilə bağlı təqdimatlar hazırlamalı
və yerli, xarici investorlara təqdim etməlidir:
"Mən dəfələrlə
icra başçıları
ilə görüşlərdə
demişdim ki, onların fəaliyyətinin
əsas istiqamətlərindən
biri də məhz bunlar olmalıdır - investisiyaları
cəlb etmək, iş yerləri yaratmaq, eyni zamanda, rayon və şəhərlərdə gedən
işlərə təkan
vermək”.
Prezidentin dediyi kimi, bu
proseslər reallaşacağı
təqdirdə, ölkəyə,
rayonlara böyük investisiyalar qoyulacaq və bu da,
həm gəlir gətirəcək, həm
də məşğulluğa
müsbət təsir
göstərəcək. Bir sözlə, Prezidentin investorlara çağırışı
və iş adamlarının bu çağırışa dəstək
vermələri onu deməyə əsas verir ki, tezliklə
ölkəmizdə müxtəlif
sahələrə böyük
investisiyalar yatırılacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2020.-24 sentyabr.- S.1; 3.