Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi və sərhədlərimizin
toxunulmazlığı Avropa
İttifaqı tərəfindən dəstəklənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Kristian Kamill dedi:
-Cənab Prezident, əlahəzrət İsveç Kralı tərəfindən imzalanmış və məni Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir kimi təyin edən etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Cənab Prezident, icazə verin, əlahəzrətin Sizə və Azərbaycan xalqına səmimi və ən xoş arzularını çatdırım.
Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev dedi:
-Xahiş
edirəm mənim də ən xoş
arzularımı əlahəzrətə çatdırın. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Sizə ölkəmizdə
yaxşı vaxt keçirməyi arzulayıram.
Ümidvaram ki, sizin Azərbaycandakı fəaliyyətiniz
zamanı ölkələrimiz
arasında münasibətlərin
inkişafı uğurla
davam edəcək.
Tezliklə ölkəmizə səfərə gələcək
sizin Xarici İşlər nazirinizi qəbul etməyi və əməkdaşlığımızla
bağlı geniş məsələləri, habelə
Avropa İttifaqı ilə gələcək əməkdaşlığımızı müzakirə etməyi səbirsizliklə gözləyirik.
Bildiyiniz
kimi, İsveç Avropa İttifaqı ilə regionumuz arasında daha geniş əməkdaşlıqla
bağlı həmişə
fəal olub. Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli
tərəfdaşlıq mövcuddur
və bu tərəfdaşlıq bir
çox sahələri
əhatə edir.
Ümidvaram ki, yeni sazişlə bağlı
danışıqlar uğurla
davam edəcək.
Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə
etdi. Bizdə bir neçə
ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim
heç bir fəal, fiziki təmaslarımız olmadı.
Lakin faktiki olaraq əməkdaşlıq davam
edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı
olacaq.
Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin
üçdəbiri ilə
strateji tərəfdaşlıq
üzrə sənədlər
imzalayıb. Bu da
əməkdaşlığın səviyyəsini nümayiş
etdirir. İki il öncə
biz tərəfdaşlığın prioritetləri üzrə
sənədi də imzaladıq. Bu da
bizim əməkdaşlığımızın
gələcək inkişafı
üçün çox
mühüm əhəmiyyət
kəsb edir. Biz çox məmnunuq
ki, həmin sənəddə Azərbaycanın
ərazi bütövlüyü,
suverenliyi və sərhədlərimizin toxunulmazlığı
Avropa İttifaqı tərəfindən dəstəklənib.
Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə
çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir.
İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə
ki, biz onların daha fəal olmasını görmək
istəyirik. Mən əminəm
ki, səfirlərin fəaliyyəti sayəsində
bu imkan yaranacaq. Mən sizə ölkəmizdə
xoş vaxt keçirməyi və fəal iş arzu edirəm.
Səfir Kristian Kamill: Çox sağ olun,
cənab Prezident. Mən Sizi çox diqqətlə dinlədim.
Mənim
artıq yaxşı tanıdığım və
mənə əziz ölkə olan Azərbaycanda mehriban qarşılanmağıma görə
Sizə təşəkkür
edirəm. İsveçin Bakıda ilk rezident səfiri olaraq ikitərəfli əlaqələrimizin
daha da güclənməsinə
töhfə vermək
üçün əlimdən
gələni əsirgəməyəcəyəm.
Həqiqətən də bizim Xarici İşlər nazirinin artıq gələn həftə ölkənizə səfəri
vaxtında baş tutur. Mən bunu səbirsizliklə
gözləyirəm.
Cənab Prezident,
mən İsveçin
Avropa İttifaqının
ölkənizlə daha
sıx əməkdaşlığa
dəstəyini qiymətləndirdiyinizə
görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Biz
Şərq Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə Stokholmda Azərbaycandan böyük
nümayəndə heyətini görməyə şad olduq. İndi biz bu
əməkdaşlığı daha da inkişaf etdirməliyik.
İsveç bu
danışıqları dəstəkləmək əzmində
olan ölkələrdən biri olmağa hazırdır. Mən əlbəttə
ki, ölkələrimiz arasında biznes əlaqələrinin daha
da yaxından qurulmasında üzərimə
düşən işi görə biləcəyimə
ümid edirəm.
Azərbaycan.- 2020.-25 sentyabr.- S.1-2.