Azərbaycanın Xarici İşlər
naziri Tbilisidə Ulu
Öndərin abidəsini və Qəhrəmanlar
Memorialını ziyarət edib
Gürcüstanda rəsmi səfərdə
olan Azərbaycanın
Xarici İşlər
naziri Ceyhun Bayramov sentyabrın 24-də
Tbilisidəki Heydər
Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Azərbaycanın Xarici İşlər nazirini ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın ölkəmizdəki səfiri Xitab Pataradze, “SOCAR Georgia” şirkətinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Xarici İşlər naziri Ceyhun Bayramov səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və önünə əklil qoyub.
Azərbaycan.- 2020.-25 sentyabr.- S.3.