Azərbaycanın Xarici İşlər naziri Gürcüstanın Baş Naziri ilə görüşüb

 

Sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş Naziri Giorgi Qaxaria ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər Azərbaycan-Gürcüstan yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərinin bir çox aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Baş Nazir Azərbaycan Prezidentinin sentyabrın 19-da çıxışı zamanı Gürcüstan ilə bağlı söylədiklərini minnətdarlıqla qeyd edərək, bu çıxışın Gürcüstan ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edildiyini söyləyib.

Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. O, mehriban qonşuluqdostluq münasibətlərinə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrimizin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Tərəflər birgə həyata keçirilən irimiqyaslı regional layihələr, o cümlədən enerji, nəqliyyat sahəsində layihələrin nəinki iki ölkə, həmçinin bölgə üçün əhəmiyyətini qeyd ediblər. Bu xüsusda yeni layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında mövcud tranzit imkanlarının gələcəkdə daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə çərçivəsində iki ölkənin qarşılıqlı əməkdaşlıq münasibətlərinin, xüsusilə daşımaların maneəsiz davam etdirildiyi xüsusilə vurğulanıb.

Tərəflər, həmçinin humanitar, mədəniyyət, ekologiyaturizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.-25 sentyabr.- S.3.