Baş Prokurorluğun təqdim etdiyi növbəti videoçarx Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyətinə həsr olunub

 

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı "Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?” sualını cavablandırıb.

Videoçarxı izləməklə həmin sualların cavablarını öyrənmək mümkündür.

 

Azərbaycan.- 2020.- 25 sentyabr.- S.6.