Milli maraqları
layiqincə təmin edən Lider
İlham Əliyevin
çevik və qətiyyətli siyasətinin
nəticəsidir ki, Ermənistan beynəlxalq miqyasda sürətlə ifşa olunur
Dünya birliyinin nüfuzlu, fəal və etimad göstərilən üzvü kimi tanınan Azərbaycanın
beynəlxalq mövqelərini
ildən-ilə daha da möhkəmləndirməsi
Prezident İlham Əliyevin yürütdüyü
xarici siyasətin mühüm uğurlarından
biridir. Bu siyasət
dövlətimizin və
xalqımızın milli
maraq və mənafelərini qlobal miqyasda layiqincə təmin edir. Ölkəmiz, eyni zamanda,
müasir beynəlxalq
münasibətlərdə mövcud çağırışlara
adekvat reaksiya verərək özünü
inamla doğruldur.
Bütün imkanlardan
səmərəli istifadə
edilir
Bu gün
Azərbaycanın qarşısında
dayanan yeganə problem
torpaqlarımızın işğal
altında qalmasıdır. Əgər beynəlxalq
münasibətlər sistemində
ikili standartlar hökm sürməsəydi
və Ermənistan ayrı-ayrı siyasi mərkəzlər və dövlətlər tərəfindən
himayə olunmasaydı,
Azərbaycan işğal
altında olan ərazilərini çoxdan
azad etmişdi. Reallıq ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin son 17 ildə inkişaf etdirdiyi Azərbaycan hərbi və iqtisadi gücünə görə Ermənistanı
dəfələrlə üstələyir.
İndiyə qədər aparılan danışıqlar prosesi
məhz Ermənistana görə mənasız vəziyyət alıb. Lakin rəsmi Bakı istər siyasi-diplomatik, istər iqtisadi və digər sahələrdə respublikamızın
üstünlüyünü təmin edən genişmiqyaslı iş aparır. Bu məsələdə
əsas fəaliyyət
istiqamətlərindən biri
Ermənistanın işğalçılıq
siyasətinin beynəlxalq
miqyasda ifşasına
nail olmaqdır. Respublikamız bunun üçün bütün imkanlardan səmərəli istifadə
edir. Buraya beynəlxalq təşkilatlarla
faydalı əməkdaşlıqdan
tutmuş, qlobal informasiya müharibəsinədək
aktiv fəaliyyət, hücum diplomatiyasının
həyata keçirilməsi
və s. daxildir.
Eyni zamanda Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərin tribunlarından
Ermənistanın işğalçı
siyasətini dünya birliyinə çatdırır,
bu ölkənin terrorçu mahiyyətini ifşa edir. Bunun nəticəsidir
ki, bu gün
erməni yalanları əvvəlki dövrlərdə
olduğu kimi ayaq tutub yerimir.
Prezidentin çıxışı
həqiqətlərə yeni
işıq saldı
Prezident İlham Əliyevin sentyabrın 24-də BMT Baş
Assambleyasının 75-ci sessiyasının
ümumi debatlarında
etdiyi çıxış
bir daha Ermənistanın işğalçılıq
siyasəti barədə
əsl həqiqətlərin
dünyaya çatdırılması
baxımından mühüm
hadisə oldu. "Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır.
Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın
Dağlıq Qarabağ
və ətraf yeddi rayonunu işğal etmişdir.
Bir milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşmüşdür.Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı
əhaliyə qarşı
etnik təmizləmə
həyata keçirmişdir.
Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən
qovulmuşdur. Ermənistan azərbaycanlı
mülki şəxslərə
qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər
törətmişdir. Torpaqlarımızın işğalına
görə məsuliyyətdən
yayınmaq məqsədilə
Ermənistan həmin ərazilərdə cinayətkar,
terrorçu, qondarma rejim yaratmışdır”,
- deyən Prezident İlham Əliyev indiyədək Ermənistanın
işğalçı və
terrorçu siyasətinin
nəticəsi olan bütün məsələlər
barədə dünya
ictimaiyyətini məlumatlandırdı.
Prezidentin toxunduğu Xocalı soyqırımı uzaq keçmişdə yox,
1992-ci ildə baş verib. 2 yaşlı Zəhra
Quliyevə və onun nənəsi 3 il əvvəl
qətlə yetiriliblər.
Bu il isə
Ermənistan Azərbaycanın
dövlət sərhədini
pozaraq Azərbaycana hücum edib, Goranboya göndərdiyi diversiya qrupu ilə terrora cəhd edib. Həmçinin son günlərdə livanlı erməniləri
və terrorçu təşkilatların yaraqlılarını
Qarabağda yerləşdirməyə
başlayıb. Bütün bu
hadisələr dünyanın
gözü qarşısında
baş versə də, təəssüf ki, Ermənistanın insanlıq əlyehinə olan cinayətləri, beynəlxalq hüquqa zidd olan əməlləri
cəzasız qalır.
Lakin elə son onilliklərin təcrübəsi göstərir
ki, ayrı-ayrı təşkilatlar və dövlətlər yeri gələndə beynəlxalq
hüququn normalarının
pozulmasına görə
hansısa dövlətlərə
qarşı kəsərli
təzyiq göstərə
bilirlər. İşğalçı,
insan hüquqlarını
pozan, antidemokratik rejimlərə qarşı
sanksiyaların tətbiq
olunmasına dair kifayət qədər nümunələr göstərmək
olar. Ermənistanın hərbi cinayətlərinə
gəldiklə isə,
beynəlxalq ictimaiyyətin
susqunluq nümayiş
etdirməsi, ATƏT MQ-nun daim
ikili standartlardan çıxış etməsi,
son aylarda baş verənlərlə bağlı
laqeydliyi, sadəcə,
təəssüf doğurur.
Bununla belə, İlham Əliyevin hücum diplomatiyası ildən-ilə
dünya erməniliyinə
və yalançı
erməni təbliğatına
daha güclü zərbə vurur. Görünən odur ki, artıq
dünyadakı erməni
mifi dağılmağa
başlayır və saxta erməni təbliğatı iflasa uğrayır. Uğurla davam
edən bu tendensiya qondarma erməni soyqırımını
təbliğ edən ermənilərin niyyətlərini,
planlarını da
alt-üst edir. İyul ayında baş verən Tovuz hadisələrindən sonra
erməni yalanlarının
beynəlxalq səviyyədə
ifşası daha da sürətləndi.
Bu baxımdan Prezident İlham Əliyevin BMT tribunasından
çıxışı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətlərə
yeni işıq saldı. Erməni yalanlarının sürətlə iflasa uğradıldığı indiki
şəraitdə İlham
Əliyevin bu çıxışının effektiv nəticələr
verəcəyi şübhəsizdir.
Sülhsevər Azərbaycanın
və təcavüzkar
Ermənistanın müqayisəsi
Prezident İlham Əliyev çıxışında həm
də Azərbaycanın
iqtisadi inkişaf göstəricilərini, qlobal
problemlərin müzakirəsində
həyata keçirdiyi
çoxşaxəli fəaliyyəti
diqqətə çatdırdı. "Son 17 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə
inkişaf etmiş, ümumi daxili məhsul 3 dəfə artmışdır. Ötən
17 il ərzində
Azərbaycanda yoxsulluq
49 faizdən 5 faizə
enmişdir. Son 17 ildə ölkəmizdə
3700-dən artıq məktəb
yenidən tikilmiş və ya əsaslı
təmir edilmişdir.
Ölkəmizdə savadlılıq
səviyyəsi 100 faizə
yaxındır”, - deyən
Prezident Azərbaycanın
"Dayanıqlı İnkişaf
Məqsədləri”nin icrasında
böyük tərəqqinin
əldə etdiyini, qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat verdiyini, "Dayanıqlı İnkişaf
Hədəfləri İndeksi”nə
görə 166 ölkə
arasında 54-cü yerdə
olduğunu bildirdi. Fəzada 3 peyki olan Azərbaycan "Şərq-Qərb”, "Şimal-Cənub”
və "Şimal-Qərb”
nəqliyyat dəhlizlərinin
kəsişdiyi məkan,
Avrasiyanın mühüm
və etibarlı nəqliyyat-logistika mərkəzidir.
İlham Əliyevin yürütdüyü
siyasət Azərbaycanın
sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına da böyük töhfələr verməsini
təmin edir. Multikulturalizm ünvanı kimi tanınan Azərbaycan dünyaya dözümlülüyün
və birgəyaşayışın
ən gözəl nümunələrini təqdim
edir. Ölkəmizin təşəbbüsü ilə başladılan və BMT tərəfindən
dəstəklən "Bakı
Prosesi” müsəlman
aləmi və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə
xidmət edir.
BMT-nin Sivilizasiyalar Alyansının
VII Qlobal Forumu, ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları
kimi qlobal tədbirlərə evsahibliyi
etməsi, ümumilikdə
isə, Bakının
beynəlxalq tədbirlər
mərkəzinə çevrilməsi
Azərbaycanın sülhsevər,
dünyanı narahat edən problemlərlə bağlı müzakirələrə
açıq bir dövlət olduğunu təsdiq edir. Son olaraq İlham
Əliyevin pandemiyaya çevrilən koronavirusla
mübarizədə beynəlxalq
həmrəyliyin əldə
olunması ilə bağlı təşəbbüsləri
bütün dünyada
təqdir edildi.
Prezident İlham
Əliyev çıxışında
bu məsələlərə
toxunmaqla həm də Azərbaycanla Ermənistanın müqayisəsini
verdi. Məhz işğalçılıq
siyasətinin nəticəsi
olaraq bu gün Ermənistanda ötən əsrin
90-cı illərinin gərgin
sosial-iqtisadi mənzərəsi
yaşanır. Bu ölkədə iqtisadiyyat
tənəzzüldən çıxa
bilmir, vətəndaşları
isə səfalət içində yaşayır.
İşğalçılıq siyasətinin nəticəsidir
ki, Ermənistan monoetnik ölkəyə çevrilib, hətta ermənilər özləri
ilk fürsətdə xaricə
miqrasiya edirlər.
Təbii
ki, belə dövlətdən qlobal məsələlərə də
hansısa töhfə
gözləmək olmaz.
Azərbaycan Prezidentinin təşəbbüsü
ilə BMT Baş Assambleyasının Xüsusi
sessiyasının keçirilməsinə
qarşı çıxan
yeganə ölkə də Ermənistan olmuşdu.
Beləliklə, sivil Azərbaycanın dünyaya verdiyi töhfələrdən uzaq
olan Ermənistan təcavüzkarlığı və
terrorçuluğu ilə
bölgənin təhlükəsizliyinə
təhdiddir. Beynəlxalq təşkilatlar buna biganə qalmamalı, terrorçuya
qarşı kəsərli
təsir göstərməlidirlər.
Ümumi
debatlarda çıxışının
sonunda təkliflərlə
çıxış edən
Prezident İlham Əliyev Təhlükəsizlik
Şurasının qətnamələrinin
icra olunmamasının
BMT-nin nüfuzunu sarsıtdığını bildirərək,
qətnamələrin icrası
mexanizmlərinin yaradılmasının
vacibliyini diqqətə
çatdırdı.
BMT Baş
Assambleyasının 75-ci sessiyasının
ümumi debatlarında
etdiyi çıxış
bir daha göstərdi ki, Prezident İlham Əliyev respublikamızın
milli maraqlarını
layiqincə təmin edir. Onun çevik və
qətiyyətli siyasətinin
nəticəsidir ki, Ermənistan beynəlxalq miqyasda sürətlə ifşa olunur.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2020.-26 sentyabr.-
S.1; 3.