Azərbaycan Prezidenti Ermənistanın
siyasətinin işğalçı mahiyyətini bir daha dünya
ictimaiyyətinə çatdırdı
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən Prezident İlham Əliyev diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən beynəlxalq hüququn normalarını kobud şəkildə pozan Ermənistanın işğal olunmuş ərazilərimizdə apardığı qanunsuz məskunlaşdırma siyasətinə, həmçinin ölkəmizin əldə etdiyi nailiyyətlərə, BMT-nin bir təşkilat kimi fəaliyyətinə, pandemiya zamanı dünyada baş verən proseslərə yönəltdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Əli Hüseynli qeyd edib ki, dövlətimizin başçısı çıxışında Ermənistanın siyasətinin işğalçı mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin avtoritar, mürtəce, insan hüquqlarına zidd siyasətinə baxmayaraq, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının buna göz yumduğunu söyləyib. Prezident, həmçinin iyul ayında Tovuz bölgəsində Ermənistan hərbi birləşmələri tərəfindən törədilən təxribat zamanı bu ölkəyə xaricdən külli miqdarda silah-sursat ötürülməsini bir daha açıqladı və bunun sülh danışıqlarına ciddi zərbə vurduğunu diqqətə çatdırdı.
“Prezident, eyni zamanda, Azərbaycanın həm siyasi, həm iqtisadi islahatlar çərçivəsində əldə
etdiyi nailiyyətlərdən bəhs etdi, pandemiyadan sonrakı
dövrdə bütövlükdə beynəlxalq münasibətlərdə
yeni yanaşmaların və islahatların
aparılmalı olduğunu
vurğuladı. Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinin icra
mexanizminin yaradılması ilə bağlı
təklifi və yeni yanaşma
xüsusi əhəmiyyət kəsb edir”, - deyə Milli Məclis
Sədrinin birinci müavini
bildirib.
Azərbaycan.- 2020.-26 sentyabr.- S.2.