Azərbaycanın Xarici
İşlər naziri
QDİƏT-in videokonfrans formatında
keçirilən qeyri-rəsmi
iclasında çıxış
edib
Sentyabrın 25-də Azərbaycan
Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının
75-ci sessiyası çərçivəsində
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı (QDİƏT) üzv dövlətlərinin
Xarici İşlər
Nazirləri Şurasının
videokonfrans formatında
keçirilən qeyri-rəsmi
iclasında çıxış
edib.
Bu barədə
AZƏRTAC-a Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
məlumat verilib.
Çıxışında nazir Ceyhun Bayramov dünyada COVID-19 pandemiyasının
yayılmasının davam
etdiyi bir vaxtda böhran vəziyyətində əməkdaşlıq
məsələsinin aktuallıq
qazandığını qeyd
edib, tədbir iştirakçılarına pandemiyanın
aradan qaldırılması
üçün Azərbaycanın
beynəlxalq səylərə
verdiyi töhfə, o cümlədən BMT Baş
Assambleyasının xüsusi
sessiyasının və
Qoşulmama Hərəkatı
Əlaqə Qrupunun Zirvəsinin çağırılması
kimi bir sıra vacib təşəbbüsləri barədə
məlumat verib.
Pandemiyanın yalnız sağlamlığa
deyil, iqtisadiyyata da təsirinin böyük olduğunu qeyd edən nazir hərtərəfli və davamlı iqtisadiyyat qurmaq üçün transsərhəd
ticarəti, bağlılığı
və yeniliyi təşviq edən ölkə qismində Azərbaycanın Xəzər
dənizi - Qara dəniz əməkdaşlığının
inkişafında fəal
rolundan danışıb.
Azərbaycanın Qara dəniz bölgəsinin firavan gələcəyinə
inandığını qeyd
edən nazir Ceyhun Bayramov bu məqsədə nail olmaq üçün ilkin şərt qismində dövlətlərin
müstəqilliyə, ərazi
bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət
etmələrinin zəruri
olduğunu səsləndirib.
Tədbir zamanı
çıxışında BMT Baş katibinin qlobal atəşkəsə
riayət olunmasına
dair çağırışına
Azərbaycanın guya
ki, məhəl qoymaması barədə Ermənistan xarici işlər nazirinin ənənəvi əsassız
iddialarına münasibət
bildirən nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq
hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
tələblərinə məhəl
qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq
Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını
vurğulayıb. İyulun
12-16-da iki dövlətin
sərhədində Azərbaycanın
Tovuz rayonu istiqamətində Ermənistanın
yeni təcavüz aktına cəhd etdiyi, lakin bu
ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı
qeyd edilib. Ermənistanın Azərbaycanın
Tovuz rayonu istiqamətində əvvəlcədən
planlaşdırdığı hərbi təxribatının
səbəbləri, o cümlədən
öz işğalçı
siyasətini arxa plana keçirmək, üçüncü tərəfləri
münaqişəyə cəlb
etmək, ərazinin yaxınlığından keçən
mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq
barədə tədbir
iştirakçılarına məlumat verildi. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın
mülki əhalisini hədəfə aldığı
və iyul təxribatında 76 yaşlı
insanın öz həyətində qətlə
yetirildiyi bildirildi.
Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən
işğalının davam
etməsinin beynəlxalq
sülh və təhlükəsizlik üçün
ciddi təhdid olaraq qaldığını
söyləyən nazir
vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın
işğal olunmuş
Dağlıq Qarabağ
və digər ərazilərindən nə
qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll
ediləcək və beləliklə də bölgədə genişmiqyaslı
iqtisadi əməkdaşlığa
yol açılacaq.
Məlumat üçün
bildirmək istərdik
ki, QDİƏT Xarici İşlər nazirlərinin
videokonfrans formatında
iclasında 12 üzv ölkədən 7 ölkə
Xarici İşlər
nazirləri, 5 ölkə
isə Xarici İşlər nazirlərinin
müavinləri səviyyəsində
iştirak edib. Tədbirdə, həmçinin Avropa İttifaqının
Qonşuluq və Genişlənmə üzrə
Komissarı Oliver Varhelyi
çıxış edib.
Azərbaycan.- 2020.-26 sentyabr.- S.2.