Azərbaycan-Yunanıstan əlaqələri müzakirə olunub

 

Sentyabrın 25-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər vurğulayıblar ki, ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirlər və bu münasibətləri hər iki ölkənin qarşılıqlı mənfəəti naminə bütün sahələrdə daha da inkişaf etdirməyə hazırdırlar.

Xüsusilə də Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb.

Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

 

Azərbaycan.- 2020.-26 sentyabr.- S.3.