Azərbaycan Respublikasında
qismən səfərbərlik elan edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında
qismən səfərbərlik
elan edilsin.
2. Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin
səfərbərlik üzrə
hərbi xidmətə
çağırılmasını və hərbi-nəqliyyat
vəzifəsindən irəli
gələn tədbirlərin
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
4. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr
2020-ci il.
Azərbaycan.-2020.-
29 sentyabr.- S.1.