Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

 

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramıAlman Birliyi Gününün 30-cu ildönümü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Azərbaycan Respublikası Almaniya Federativ Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal səmərəli əməkdaşlığımızla müşayiət olunur. İnanıram ki, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Almaniya xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Almaniya Federativ Respublikasına daim əmin-amanlıq rifah diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2020-ci il.

Azərbaycan.-2020.-29 sentyabr.- S.2.