Ziyafət Əsgərov: Azərbaycan
Ordusu düşməni yerində oturdur, ona həddini bildirir
Azərbaycan tərəfindən Ermənistana dələlərlə xəbərdarlıq edilmişdi ki, öz işğalçılıq siyasətindən əl çəksin. Amma düşmən bu xəbərdarlıqları qulaqardına vururdu. Odur ki, indi də cavabını alır.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidenti BMT-nin bu günlərdə keçirilən sessiyasında çıxışı zamanı bütün dünyaya ölkəmizin haqq səsini bir daha çatdırdı və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etdi. Ermənilər ərazilərimizi işğal etməklə kifayətlənmir, dini və tarixi abidələrimizi məhv edir, məscidlərimizdə donuz saxlayırlar. Bunun bir sonu olmalıdır. Hazırda gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alır, zərər verirlər. Lakin Azərbaycan Ordusu beynəlxalq humanizm prinsiplərinə sadiq qalaraq mülki əhaliyə silah açmır. Bizim müharibəmiz ancaq işğalçılarla, Ermənistan ordusu ilədir.
Komitə sədri diqqətə
çatdırıb ki, 30 ildən
artıqdır biz BMT başda
olmaqla bütün
beynəlxalq təşkilatlara erməni vəhşiliyi ilə
bağlı müraciət etsək də, bir
nəticəsi olmadı. BMT-nin 4 qətnaməsi
hələ də kağız üzərindədir.
ATƏT-in Minsk qrupu boş-boş bəyanatlar verməklə məşğuldur.
Bəs onda Azərbaycan nə etməlidir?
Əlbəttə, Azərbaycan Ordusu
düşmənə layiqli cavab verməyə qadirdir
və verir də. Düşmən yerində
oturdulur, ona həddi bildirilir.
Azərbaycan.-2020.- 29 sentyabr.- S.4.