Azərbaycan Ordusu
ilə bacara bilməyən düşmən
yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir
Cəbhə bölgəsindən gələn məlumatlara görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər şəhərinin mərkəzində yerləşən rayon polis şöbəsinin inzibati binasının həyətinə düşüb. Bu zaman dağıntı və insan tələfatı olubmu?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir. Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.
Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr
alan düşmən cəbhədən xeyli aralıda olan
yaşayış məntəqələrimizi, orada
yaşayan mülki əhalini
hədəf seçməkdə davam edir.
Azərbaycan.-2020.- 29 sentyabr.- S.7.