Düşmən bölmələrinin
artilleriya atəşi nəticəsində
Ağdam və Tərtər
rayonlarının bir sıra kəndlərində
mülki obyektlər yanıb
Ermənistanın
hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən
irəli gələrək düşmənin silahlı
qüvvələri beynəlxalq humanitar hüququn norma və
prinsiplərini kobudcasına pozaraq əhalinin sıx
yaşadığı yaşayış məntəqələrini,
fərdi və çoxmənzilli binaları, o cümlədən
mülki obyektləri ağır artilleriya qurğularından
atəşə tutmaqda davam edir.
Fövqəladə
Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin
əmlakına ciddi ziyan vurulur. Sentyabrın 28-də də
Ermənistan qoşunlarının atdığı mərmilər
nəticəsində Ağdam və Tərtər
rayonlarının bir sıra kəndlərində
mülki obyektlərdə yanğınlar baş verib. Fövqəladə
Hallar Nazirliyinin dərhal
hadisə yerlərinə cəlb olunan
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri
yanğınları qısa müddətdə
söndürüblər.
Azərbaycan.-2020.- 29 sentyabr.- S.7.