İslam Əməkdaşlıq
Təşkilatı Ermənistan silahlı qüvvələrinin
Azərbaycana qarşı təxribat və
hücumlarını kəskin şəkildə qınayır
İslam
Əməkdaşlıq Təşkilatının (İƏT)
Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs
rejimini pozaraq Azərbaycana qarşı mülki insan tələfatına
səbəb olan hücumlarını dərin narahatlıqla
izləyir.
AZƏRTAC
xəbər verir ki, İƏT-in bununla bağlı
yaydığı bəyanatda Baş Katibliyin Ermənistan
silahlı qüvvələrinin təxribat və
hücumlarını kəskin şəkildə
qınadığı vurğulanır. Qeyd edilir ki, Baş
Katiblik Azərbaycan Respublikası ilə həmrəyliyini bir
daha ifadə edir, İslam Əməkdaşlıq Təşkilatının
qərar və qətnamələrini, həmçinin BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrini
xatırladaraq, Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən tam və
qeyd-şərtsiz çıxarılmasını, iki ölkə
arasındakı münaqişənin Azərbaycanın suverenliyinə
hörmətə, ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına əsaslanan siyasi yolla həllinə
nail olmaq üçün dialoqun qəbul edilməsini tələb
edir.
Baş
Katiblik şəhid olan Azərbaycan vətəndaşlarının
ailələrinə, Azərbaycan hökumətinə və
xalqına dərin hüznlə başsağlığı
verir, yaralıların tezliklə sağalmasını diləyir.
Azərbaycan.-2020.- 29 sentyabr.- S.7.