Daxili
İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat
yayıb
Məlum
olduğu kimi, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan
etibarən Azərbaycan Respublikasının bütün ərazisində
hərbi vəziyyət elan olunmuş və bu dövrdə
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir,
Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl,
Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər,
Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy,
Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat
21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq
ediləcəkdir.
Daxili
İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, komendant saatının
qüvvədə olduğu müddətdə şəxslər
hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi
vahidlərində yalnız xidməti vəsiqə əsasında
və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi
icazə aldıqda hərəkət edə biləcəklər.
Bununla əlaqədar
komendant saatının tətbiq edildiyi şəhər və
rayonlarda yaşayan yaxud həmin ərazilərə
giriş-çıxış edən sakinlərdən və
digər şəxslərdən gedəcəkləri
ünvanadək olan məsafəni nəzərə alıb
komendant saatı başlayanadək səfərlərini, öz
işlərini başa
çatdırmaq, eləcə də komendant saatı
dövründə xüsusi icazə və şəxsiyyəti
təsdiq edən sənəd olmadan yaşadıqları
(qaldıqları) ünvanı tərk etməmək xahiş
olunur.
Həmin
müddətdə hərəkətinə xidməti vəsiqə
əsasında icazə verilən dövlət
orqanlarının əməkdaşlarının, habelə fəaliyyətinə
icazə verilən sahələrin siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş, habelə Daxili İşlər
Nazirliyi xüsusi icazələrin verilməsi qaydasını təsdiqləmişdir
(əlavə olunur).
Xidməti vəsiqə əsasında və
“icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə
icazə verilmiş şəxslərin xidməti və fərdi
nəqliyyat vasitələrindən istifadə etmələrinə
yol verilir.
Komendant saatı müddətində tibb müəssisəsinə
təcili tibbi yardım avtomobili ilə yaxud yaxın
qohumları tərəfindən aparılan şəxslərin
hərəkətinə şərait yaradılacaqdır.
Diqqətə çatdırılır ki, vəfat edən
şəxsin dini qaydalara uyğun dəfnə
hazırlanması üçün onun yaxın qohumları
Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya
“Qaynar xətt”inə (012 590-80-20) etdikləri müraciət
üzrə aparılan araşdırmalardan sonra sərbəst
hərəkət edə bilərlər.
Hərbi vəziyyət rejiminin tələblərini
pozan, komendant saatının təmin olunmasına cəlb
edilmiş polis əməkdaşlarının və hərbi
qulluqçuların qanuni tələblərinə əməl
etməyən şəxslər haqqında hüquqi məsuliyyət
tədbirləri görüləcəkdir.
28 sentyabr
2020-ci il
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarı
ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
Azərbaycan
Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə
əlaqədar tətbiq edilən komendant saatı müddətində
əməkdaşlarının xidməti vəsiqə ilə
hərəkətinə icazə verilən dövlət
orqanlarının (qurumlarının)
Siyahısı
1. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
2. Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsi
3. Azərbaycan
Respublikasının Xüsusi Tibb Xidməti
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Aparatı
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin İşlər İdarəsi
6. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi
7. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
8. Azərbaycan
Respublikasının Baş Prokurorluğu
9. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
10. Məhkəmə
orqanlarının əməkdaşları, vəkillər
11. Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi
12. Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
13. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan
Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin
və beynəlxalq təşkilatların əməkdaşları
və onların yerli heyəti - Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi tərəfindən verilmiş
akkreditasiya kartları əsasında)
14. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
15. Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik Xidməti
16. Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
17. Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti
18. Azərbaycan
Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti
19. Azərbaycan
Respublikasının Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyi
20. Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidməti
21. Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti
22. Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
23. Azərbaycan
Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə
Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə
müəssisələri
24. Azərbaycan
Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik.
2 nömrəli əlavə
Azərbaycan
Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə
əlaqədar tətbiq edilən komendant saatı müddətində
elektron imzadan istifadə edilməklə əməkdaşlarının
“icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə
icazə verilən dövlət orqanlarının
(qurumlarının)
Siyahısı
1. Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi
4. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi
5. Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi
6. Azərbaycan
Respublikasının Energetika Nazirliyi
7. Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi
8. Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi
9. Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi
10. Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
11. Azərbaycan
Dövlət İnformasiya Agentliyi (AzərTAc)
12. Azərbaycan
Respublikasının Mərkəzi Bankı, dövlətə
məxsus banklar
13. Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
14. “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti
15. “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti
16. “Azəriqaz”
İstehsalat Birliyi
17. “Azərenerji”
Açıq Səhmdar Cəmiyyəti
18. “Azəristiliktəchizat”
Açıq Səhmdar Cəmiyyəti
19. “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
20. “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
21. “Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
22.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
23.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
Cəmiyyəti
24. Azərbaycan
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji
Xidmət Mərkəzi
25. Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi
3 nömrəli əlavə
Azərbaycan
Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə
əlaqədar tətbiq edilən komendant saatı müddətində
faliyyətinə icazə verilən sahələrin
Siyahısı
1. Səhiyyə
və sosial sahə üzrə:
1.1. xəstəxanalar, poliklinikalar və digər
tibb müəssisələri üzrə xidmətlər;
2.
İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı,
qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat
və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı
ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və
avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyatın fəaliyyəti.
4.
Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının
istehsalı;
4.2. neft avadanlıqları və
qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar
üçün xammal istehsalı, qida məhsullarının
tədarükü, təchizatı, saxlanması və topdan
satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin
istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının
toplanması, istehsalı və emalı, o cümlədən
fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. neft və qazın hasilatı, emalı,
saxlanması və satışı;
4.8. neft və qazın boru kəmərləri vasitəsilə
ötürülməsi;
4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.10. tikinti və məişət
avadanlıqlarının istehsalı və təmiri;
4.11. qablaşdırma məhsullarının
istehsalı;
4.12. maşın
və avadanlıqların istehsalı;
4.13. elektrik
avadanlıqlarının istehsalı;
4.14. kompüter,
elektron və optik məhsulların istehsalı;
4.15. avtomobil,
qoşqu və yarımqoşquların istehsalı;
4.16. sair nəqliyyat
vasitələrinin istehsalı;
4.17. tütün
məmulatlarının istehsalı;
4.18. sair sənaye
məhsullarının istehsalı.
5. Pərakəndə və
topdan satış üzrə:
5.1. yanacaqdoldurma
məntəqələri.
6. Məişət
xidmətləri üzrə:
6.1. məişət tullantılarının
yığılması və utilizasiyası.
7.
Kütləvi informasiya vasitələri.
8. Təhsil
müəssisələrinin fəaliyyəti.
9. Fəaliyyətinə
icazə verilməmiş özəl hüquqi şəxslərin
mühafizəsi və texniki təhlükəsizliyinin təmin
edilməsi üzrə fəaliyyət.
Xüsusi
icazənin verilməsi
Q A Y D A S
I
1. Bu Qayda
Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət
elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli
Fərmanına və “Azərbaycan Respublikasının ərazisində
elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi
məsələlərin tənzimlənməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28
sentyabr tarixli 358 nömrəli Qərarına uyğun olaraq
hazırlanmışdır və hərbi vəziyyətin elan
edildiyi inzibati ərazi vahidlərində komendant saatı
müddətində şəxslərin və nəqliyyat vasitələrinin
sərbəst hərəkətinə xüsusi icazənin
verilməsi ilə bağlı məsələləri tənzimləyir.
2.
Komendant saatı müddətində xidməti vəsiqə ilə
hərəkətə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına
1 nömrəli əlavədə göstərilən dövlət
orqanlarının əməkdaşlarına icazə verilir.
3.
Aşağıdakı şəxslər barəsində məlumatlar
“icaze.e-gov.az” portalına daxil edildikdən sonra komendant
saatının qüvvədə olduğu müddətdə
onların hərəkətinə xüsusi icazə verilir:
3.1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358
nömrəli Qərarına 2 nömrəli əlavədə
göstərilən dövlət orqanlarının əməkdaşlarına;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 3 nömrəli əlavədə göstərilən sahələrdə çalışan şəxslərə.
4.
Ölmüş şəxsin dini qaydalara uyğun dəfnə
hazırlanması üçün onun yaxın
qohumlarının sərbəst hərəkətinə Daxili
İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar
xətt”inə edilmiş müraciət üzrə aparılan
araşdırmalardan sonra icazə verilir.
5.
Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq
reys üçün bileti olan şəxslərin
yaşadıqları və ya olduqları yerdən hərəkətinə
onların biletləri əsasında, dövlət sərhədindən
müvafiq qaydada ölkəyə daxil olan şəxslərin
yaşadıqları və ya olduqları yerə gəlməsinə
isə onların pasportuna vurulmuş ştamp əsasında
yol verilir.
6.
Tibb müəssisəsinə təcili tibbi yardım avtomobili
ilə yaxud yaxın qohumları tərəfindən
aparılan şəxslərin hərəkətinə şərait
yaradılır.
7.
Xidməti vəsiqə əsasında, “icaze.e-gov.az”
portalında qeydiyyatdan keçməklə və təxirəsalınmaz
tibbi zərurətlə əlaqədar hərəkətinə icazə verilmiş şəxslər
xidməti və fərdi avtomobildən istifadə edə bilər.
8. Hər
hansı şəxsin komendant saatının qüvvədə
olduğu müddətdə həyata keçirdiyi fəaliyyətlə
bağlı iş yerindən arayış əsasında hərəkətinə
icazə verilmir.
9.
Komendant saatı müddətində hərəkətinə
icazə verilən şəxlərin şəxsiyyəti təsdiq
edən sənədlərinin üzərində olması məcburidir.
Azərbaycan.-2020.- 29 sentyabr.- S.7.