Ukraynanın Prezidenti zati-aliləri cənab Volodimir Zelenskiyə

 

Hörmətli cənab Prezident.

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2020-ci il

 

Azərbaycan.- 2020.-27 sentyabr.- S.2.