Milli Məclisin
Sədri ilə
ATƏT Parlament Assambleyasının
Prezidenti arasında telefon danışığı
olub
Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti
Georgi Tsreteli arasında telefon danışığı olub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbətində
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı
son vəziyyət, Ermənistanın
Azərbaycana təcavüzü
müzakirə edilib.
Milli Məclisin sədri bildirib ki, sentyabrın
27-dən etibarən Ermənistan
silahlı qüvvələri
cəbhə xətti boyunca hərbi təxribatlar törətməyə
başlayıb. Ermənistan silahlı qüvvələri
iriçaplı silahlardan,
minaatan və artilleriya qurğularından
istifadə edərək
dinc yaşayış
məskənlərini və
mülki əhalini hədəfə alır.
Bu isə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq
hüququn kobud şəkildə pozulmasıdır.
Beynəlxalq hüquqa əsasən,
bu, Ermənistan tərəfinin hərbi təcavüzü və Azərbaycana qarşı güc tətbiq etməsi kimi qiymətləndirilir.
Spiker vurğulayıb ki, Ermənistanın Azərbaycana
qarşı hərbi təxribata hazırlaşdığı
dəfələrlə beynəlxalq
birliyin diqqətinə
çatdırılıb.
Azərbaycan.- 2020.-30 sentyabr.- S.4.