Əli Rəbii: “Azərbaycanın
ərazi bütövlüyünə riayət etmək zəruridir”
Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqində deyib.
Ə.Rəbii
qeyd edib ki, İranın Azərbaycanın ərazi bütövlüyünün tanınması və
buna riayət olunmasının vacibliyi ilə bağlı mövqeyi
tamamilə aydındır. İran
hökuməti indiyədək dəfələrlə BMT qətnamələri
və beynəlxalq hüquq çərçivəsində
Azərbaycanın qanuni haqqını
tanıdığını bəyan edib.
Azərbaycan.-
2020.-30 sentyabr.- S.4.